Yuxarı

Parlament ələ keçirildi, deputatlar girov götürüldü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vahid Makedoniya Uğrunda hərəkatı üzvləri Makedoniya parlamentinə basqın edərək müxalifət lideri Zoran Zayevə və onun rəhbərlik etdiyi Sosial-Demokratik İttifaqı (SDİ) təmsil edən bir neçə deputata xəsarətlər yetiriblər.

APA-nın verdiyi xəbərə görə, insident ötən axşam etnik alban Tələt Cəfərinin parlament spikeri vəzifəsinə təsdiq edilməsindən sonra baş verib. Alban milli azlığı təmsil edən partiyanın rəhbəri Tələt Cəfəri səsvermənin nəticələrinə əsasən Makedoniya parlamentinin sədri seçilib. Parlamentin 120 üzvündən 62-si onun namizədliyini dəstəkləyib.

Səsvermənin nəticələri elan edildikdən sonra parlament qarşısında piket keçirən Vahid Makedoniya Uğrunda hərəkatı fəalları binaya daxil olaraq Sosial-Demokratik İttifaqından seçilən deputatlara hücum ediblər.

Bundan əvvəl Zoran Zayev ölkə prezidenti George İvanova parlamentdəki 120 deputatdan 67-nin imzasını təqdim edərək, yeni Nazirlər Kabinetinin formalaşdırılması üçün ona müvafiq mandatın verilməsini xahiş edib.

Prezident G.İvanov dünya liderlərinə ünvanladığı açıq məktubda bildirib ki, onun məlumatına görə, SDİ-nin platformasının icrası ölkə konstitusiyasının dəyişdirilməsini nəzərdə tutur. Prezident qeyd edib ki, istisna olaraq alban milli azlığın maraqlarına cavab verən bu dəyişikliklər dövlətin unitarlığını və suverenliyini təhlükə altına salır. G.İvanov bu səbəbdən Zayevə mandat verməkdən imtina edib.

Qeyd edək ki, insident baş verdikdən sonra Makedoniya DİN-nin xüsusi təyinatlı dəstəsi Vahid Makedoniya Uğrunda hərəkatı fəalları tərəfindən parlament binasında saxlanılan deputatları azad etmək üçün xüsusi əməliyyat keçirib.

Vahid Makedoniya Uğrunda hərəkatı ölkənin onlarla şəhərlərində alban platforması əleyhinə etiraz aksiyaları keçirir.

Tarix
2017.04.28 / 01:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla