Yuxarı

Rusiya ilk dəfə aviazərbə qrupunu göstərir - “Ağ qu”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Qələbə paradı zamanı Qırmızı meydanın üzərində ilk dəfə olaraq beş təyyarədən ibarət zərbə qrupu nümayiş olunacaq.

Axar.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Federasiyası Müdafiə Nazirliyi yayıb.

Qeyri-adi nümayişə strateji bombardmançı “Ağ qu” adlandırılan Tu-160 rəhbərlik edəcək.

Həmçinin “Rusiya cəngavərləri” pilot ekipajının heyətində “Kuba almazı” Su-30SM qırıcıları nümayiş olunacaq.

Mayın 9-da baş tutacaq paradda Moskva, Saratov, Tver, Kaluqa, Nijni Novqorod, Voronej, Lipetsk və Bryansk üzərində hava nümayişləri keçiriləcək. Vertolyotların uçuşları 150 metr hündürlükdə və saatda 200 kilometr sürətlə olacaq.

Operativ-taktiki, uzaq və hərbi-nəqliyyat aviasiyasının heyəti üçün nəzərdə tutulan uçuş hündürlüyü 300 metrdən 500 metrədək, sürət isə saatda təxminən 500 kilometr təşkil edəcək.

Hava paradını Mi-26 və Mi-8 vertolyotları açacaq. Paradda ümumilikdə 71 vertolyot və təyyarə iştirak edəcək. Ekipajlar Alabina səmasında olan məşqləri sona çatdırıb, 4-7 may tarixində Moskva üzərində məşqlərə başlayacaq.

Tarix
2017.04.29 / 10:59
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Digər xəbərlər

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla