Ana səhifə Planet |
Suriya silahlı müxalifət nümayəndələrinin Astana görüşünə qatılacağına ümid edirik.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib.
“Astana bütün problemləri danışmaq, atəşkəsi gücləndirmək və səmərəli əməkdaşlıq üçün əhəmiyyətlidir. Suriyadakı vəziyyətlə əlaqədar keçiriləcək görüşə silahlı müxalifət nümayəndələrinin də qatılacağını ümid edirik”, - deyə o bildirib.
Qeyd edək ki, Suriyada vəziyyətin nizamlanmasına dair mayın 3-ü və 4-də Astanada keçirilməsi nəzərdə tutulan yüksək səviyyəli beynəlxalq görüş sayca dördüncü olacaq.
Martın 14-ü və 15-də keçirilmiş son görüşdə Rusiya, Türkiyə və İran, eləcə də BMT, İordaniya, ABŞ və Suriya hökümətinin nümayəndə heyətləri iştirak ediblər. Silahlı müxalifət nümayəndələri görüşə qatılmayıb.
Tarix
2017.04.29 / 15:35
|
Müəllif
Turanə Məmmədli
|