Bu dərmanlarla bağlı qadağa ləğv edilir
16:42
Ana səhifə Planet |
Fransada prezidentliyə namizəd ultrasağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen futbolçu Zinəddin Zidanın növbəti tənqidlərinə cavab verib.
Axar.az-ın məlumata görə, şovinist lider bildirib ki, Zidan sərvətlərini qorumaq üçün belə açıqlamalar verir.
“Qazancını düşündükdə, Zidanın şərhlərinə təəccüblənmədim. Güman edirəm ki, Zidan sərvətini qorumaq üçün Makronun qalib gəlməsini istəyir”, - Le Pen bildirib.
Qeyd edək ki, məşhur futbolçu növbəti dəfə ultrasağçı liderin əleyhinə açıqlama verib. O, Le Penin qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb.
Le Penlə Zidan arasında bundan öncə də gərginlik yaşanmışdı.
Tarix
2017.04.29 / 20:48
|
Müəllif
Kamran Ədalət
|