Yuxarı

Tereza Mey: "AB ilə Breksit üzrə danışıqlar ağır olacaq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin Avropa Birliyindən çıxması ilə bağlı bu qurumla danışıqların ağır olacağını bildirib.

APA-nın məlumatına görə, Avropa Birliyi liderləri dünən Böyük Britaniya ilə Breksit üzrə danışıqların vahid strategiya əsasında və sərt aparılmasını dəstəkləyiblər.

Eyni zamanda britaniyalılara AB bazarına çıxışla bağlı yeni münasibətlərin tezliklə qurulacağına dair illüziyalara qapılmamaq tövsiyə edilib. T.Mey isə deyib ki, bütün bunlar Böyük Britaniya və Avropa Birliyi arasında danışıqların sərt keçəcəyini göstərir. Eyni zamanda Böyük Britaniyanın baş naziri Brüsselin təklifləri xoşuna gəlməyəcəyi halda danışıqları razılaşma əldə olunmadan dayandıracağını da vurğulayıb.

Breksit üzrə danışıqların iyunun 8-dən tez başlayacağı gözlənilmir. İyunun 8-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Avropa Komissiyasının planına əsasən, Böyük Britaniya Breksit üzrə danışıqların başa çatmasından sonra 2019-cu ilin martında Avropa Birliyini tərk etməlidir.

Tarix
2017.04.30 / 18:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla