Yuxarı

ABŞ Türkiyəyə satmadığı silahı niyə PKK-ya bağışlayır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyada PYD/PKK mövqelərinə sarsıdıcı aviazərbələrindən sonra ABŞ generalının zərbə endirilən ərazilərdən YPG-çilərlə fotosunun yayılması qeyri-adi təsir bağışladı.

Axar.az xəbər verir ki, dünya mediasının gündəminə gələn və Türkiyə rəsmilərinin kəskin reaksiyası ilə müşayiət olunan bu görüntünün ardınca daha bir şok yaşandı: ABŞ dərhal kürd silahlı qüvvələrinə hərbi texnika və silah-sursat göndərdi, bundan dərhal sonra isə Türkiyə-Suriya sərhədində koalisiya qüvvələri yerləşdirildi.

Başqa sözlə, ABŞ PYD-yə tam dəstəyini meydan oxuyurmuşcasına nümayiş etdirdi. Ağ Ev rəsmisinin “ABŞ generalının PYD terrorçuları ilə yayılan fotosuna” münasibət tələb edən jurnalistin sualından yayınması, üstəlik, bu fotoları görmədiyini bildirərək, medianı təxribatda suçlamasının bu real addımlarla daban-dabana zidd olduğu tam bir gerçəklikdir. Türkiyəni NATO-nun əsas dövlətlərindən biri və ABŞ-ın Yaxın Şərqdəki bir nömrəli müttəfiqi adlandıran ABŞ administrasiyasının Türkiyə SQ-nin PKK/PYD-yə zərbələrini qınaması, PKK-dan heç bir fərqi olmayan PYD-ni “terrorizmə qarşı mübarizə aparan qrup” olaraq xarakterizə etməsi isə fövqəldövlətin bölgədəki fərqli maraqlarının olduğunu sərgiləyir.

Bu maraqların Türkiyə dövlətçiliyinə təhdid olduğunu isə nəzərə almaq istəmir. Başqa sözlə, illərdir koalisiya qüvvələrinin bacarmadığını Türkiyənin təkbaşına qısa müddətdə bacarması və regional oyunçudan daha çox, fövqəlgüc statusunda görünməsi ən yaxın müttəfiqlərini belə “qane etmir”. Buna görə də Türkiyənin dövlət maraqlarına təhdid olan qüvvələri silahlandırmaqda davam edir və bunu açıq-aşkar elan etməkdən də çəkinmir.

PYD-yə göndərilən silahlar isə heç də İŞİD terror şəbəkəsinə qarşı savaşa yardım məqsədi daşımır. Həmin silahlara diqqət edək: müxtəlif ölçüdə raketlər, 80 və 120 mm-lik zenit topları, MK19 bomba atanı, M4 Kabrin və M16 snayper tüfəngi, “Humvi” markalı hərbi avtomobillər, “Koqar” tipli hərbi personalı daşıyan texnikalar, müxtəlif markalı pilotsuz təyyarələr.

Qeyd edək ki, Türkiyə hökumətinin təkidlərinə baxmayaraq, “FGM-148 Javelin” tank əleyhinə raketi Ankaraya satmayan Vaşinqton həmin modern silahı PYD-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinə (SDQ) hədiyyə edib.

Olduqca təzadlı bir mənzərə yaranır. Əlbəttə, belə məqamda Türkiyənin Rusiyadan niyə S-400 hava hücumundan müdafiə kompleksi almaq istədiyi tam mənası ilə aydınlaşır.

Türkiyə lideri Ərdoğan ABŞ bayrağının terrorçuların bayrağı ilə birgə dalğalanmasından açıq narahatlığını bildirməsi də bir çox gizli məqamlara işıq tutur. Ona görə də bütün gözlər Ərdoğan-Tramp görüşünə dikilib. Ərdoğan bu görüşdə ABŞ-ın kimlə əməkdaşlıq etdiyinə aydınlıq gətirilməsinə və Vaşinqton siyasətinin hədəfini müəyyənləşdirməyə çalışacaq.

Bütün bunlarla bərabər, Türkiyə terrorizmə qarşı mübarizəsini davam etdirməkdədir. Ərdoğan ötən gün Hindistan səfəri öncəsi bir daha terrorçulara qarşı mübarizənin dayanmayacağını bəyan etdi.

Türkiyənin terrorçular siyahısında isə İŞİD-lə bərabər, PKK/PYD də başda gəlir.

Tarix
2017.05.01 / 09:00
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla