Yuxarı

Azərbaycanlıların qatilinin nəvəsi Rəisinin komandasında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin əvvəllərində Azərbaycan türklərinin qətliamına fərman vermiş talançı İsmayıl Simitkonun nəvəsi Arman Simitko İran prezidentliyinə namizəd İbrahim Rəisinin seçki qərargahının əsas məsullarından biri kimi təyin olunub.

Axar.az xəbər verir ki, bölgədə PKK və “Pejak” terror qruplaşmalarının tərəfdarı kimi tanınan Arman Simitkonun prezidentliyə namizədin seçki qərargahına cəlb olunması azərbaycanlıların narahatlığına səbəb olub.

Məlumata görə, İbrahim Rəisinin Qərbi Azərbaycan seçki qərargahının rəisi Nəsrullah Əsədullahi Arman Simitkonu vilayətin mərkəz və şimal bölgələrində yaşayan etniklərin əlaqələndirmə işləri üzrə məsulu təyin edib. Seyid Əta Hüseyni adlı bir şəxs Bələdiyyə İdarəsindən ona verilən vəddən sonra Arman Simitkonu sözügedən seçki qərargahına təqdim edib və onun səlahiyyətini təsdiqləyib.

Qeyd edək ki, ötən əsrin əvvəllərində, birinci dünya müharibəsinin sonlarında kürd, erməni və asuri dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Urmiya, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiliblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. İsmayıl Simitko bu hadisələrdə Azərbaycan türklərinə qarşı qətliam törədən kürd dəstələrinə rəhbərlik edib, onun adı Azərbaycanda qatil, cinayətkar və talançı kimi tarixə düşüb.

Tarix
2017.05.03 / 11:10
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sərhəd xidmətlərini eyni vaxtda yerləşdirəcək

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla