Yuxarı

Putin: "Ərdoğanla mövqeyimiz üst-üstə düşür"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə lideri ilə mövqeyimiz üst-üstə düşür.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında deyib.

Prezident Vladimir Putin bildirib ki, iki ölkə arasında münasibətlərin bərpası prosesi tam miqyasda başa çatıb. Görüşdə Suriyada vəziyyətin nizama salınması, atəşkəsə nail olunması və bu ölkədə təhlükəsizlik zonasının təmin edilməsi məsələləri müzakirə edilib. Rusiya Türkiyənin enerji ehtiyacının təmin olunmasında yaxından iştirak edir. “Türk axını” və “Akkuyu” AES-in tikintisinin davam etdirilməsi, terrorizmlə mübarizədə xüsusi xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi, ticarət-investisiya sahəsində məhdudiyyətlərin aradan qaldırılması məsələləri də müzakirə olunub.

Rusiya Prezidenti deyib ki, bu ilin əvvəlindən iki ölkə arasında əmtəə dövriyyəsində 3 faiz artım qeydə alınıb. 2019-cu ildə Rusiya və Türkiyə arasında qarşılıqlı mədəniyyət və turizm illərinin keçirilməsi nəzərdə tutulub.

Tarix
2017.05.03 / 21:33
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla