Yuxarı

Türkiyə erməniləri deportasiya etsin - Müxalif lider

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalifət Böyük Birlik Partiyasının sədri Mustafa Destici Ərzurumda keçirdiyi konfransda Azərbaycan ilə Ermənistan arasında müharibə vəziyyətinin davam etdiyini, Ermənistanın davamlı olaraq Azərbaycana qarşı hərbi təcavüzkarlıq aktlarına yol verdiyini deyib.

Avropa.info xəbər verir ki, partiya olaraq Azərbaycanın yanında olduqlarını deyən Dəstici Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasını tələb edib:

“Üzr istəmədikcə və təzminat ödəmədikcə, Türkiyə Ermənistanla qəti şəkildə heç bir münasibətə girməməlidir. Sərhəd qapısı əsla rəsmi və qeyri-rəsmi şəkildə açılmamalıdır. Hətta daha artığını deyim. Türkiyənin erməni vətəndaşları var. Əlbəttə ki, bunlar Türkiyə Cümhuriyyəti vətəndaşlarıdır. Milli azlıq haqları vardır. O haqlara sahib olaraq Türkiyədə yaşamağa davam edəcəklər. Amma onun xaricində Türkiyədə qeyri-leqal şəkildə yaşayan 100 min nəfərə yaxın erməni var. Türkiyə bunları dərhal deportasiya etməlidir”.

Mustafa Destici sözlərinə belə davam edib:

“Ermənistan Azərbaycanın torpaqlarını işğal edəcək, orada soyqırım tətbiq edəcək, hər gün Azərbaycandakı türk qardaşlarımızı şəhid edəcək, biz də burada qeyri-leqal erməniləri bəsləyəcəyik. Bunu qəbul etmirik. Bunların dərhal deportasiya edilməsinin vacibliyini açıq və qəti şəkildə demək istəyirəm”.

Tarix
2017.05.18 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla