Yuxarı

Diqqət! Bu oyun uşaqları intihara sürükləyir - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günümüzdə internetin və texnologiyanın bu qədər sürətli inkişafı həyatımızı müəyyən mənada asanlaşdırsa da, mütəxəssislər bu inkişafın zərərlərini də hər zaman vurğulayıblar. Xüsusən, gənclər arasında internetin mənfi təsirləri, ağır nəticələri daim cəmiyyəti narahat edib. Bu mövzunu araşdırarkən sözün əsl mənasında çox vahiməli və qorxunc bəzi reallıqları aşkarladıq.

Qaynarinfo.az-ın verdiyi xəbərə görə, artıq 2015-ci ilin sonlarından etibarən bir sıra xarici dövlətlərin həyəcan təbili çalmasına səbəb olan “onlayn qatil” “mavi balina” oyunu çox, təəssüf ki, ölkəmizdə də görünməyə başlayıb.

Qeyd etdiyimiz kimi nəticələri ilk dəfə 2015-ci ilin sonlarından özünü göstərməyə başlayan oyun artıq İngiltərə, Rusiya, İspaniya, Polşa, Bolqarıstan, Latviya, Qırğızıstan, ümumən Orta Asiya ölkələrində yayılıb və təəssüf ki, artıq 300-ə yaxın gəncin intiharına səbəb olub.

Rusiyada Filip Budeykin və onun yaxınları tərəfindən yaradıldığı bildirilən oyun sosial şəbəkələrdə də fəaliyyət göstərən müxtəlif qruplar yaradıb. Oyunu oynamaq istəyənlər #mavibalina #səssizev #mənisaat420dəoyat xəştəqi altında bir növ siqnal göndərirlər və oyunun yaradıcıları həmin istifadəçi ilə əlaqə yaradıb ona oyunu oynamaq üçün xüsusi link verirlər.

İstifadəçi linkə daxil olduğu an qrup üzvləri onların İP adresslərinə sızıb ailə üzvləri və ünvanları haqda bütün məlumatları əldə edirlər. Və artıq gənc oyuna daxil olur.

Oyun 50 mərhələdən ibarətdir. Fonda Lumen qrupunun yalnızlıqdan, tənhalıqdan bəhs edən “Qoret” musiqisi səslənir. Oyunun hər mərhələsində gəncləri intihara sürükləyən müxtəlif növ şüuraltı ifadələr yerləşdirlir.

Məsələn, mərhələlərdən birində uzaqdan qatar gəldiyi görünür və bu zaman ekranda “Bu həyat bizə görə deyil” yazısı görünür. Başqa bir mərhələdə hündür bir binanın başına çıxan bir qrup gənc göstərilir və altında “Biz ölü nəslin uşaqlarıyıq” yazısı yazılır.

Mərhələlər irəlilədikcə “şərtlər” də ağırlaşır. Oyunun son mərhələlərində “oyunçu”ya evdən nəsə oğurlamaq, yalan danışmaq, qoluna bıçaqla balina şəkli çəkmək və s. kimi tələblər qoyulur. Oyunun istifadəçiləri daim qorxulu filmlər izləyir və gecə saat 04:20-də oyanıb onlara verilən müxtəlif tapşırıqları yerinə yetirirlər. Sonuncu 50-ci mərhələdə uşaqlara özlərini öldürmələri əmr olunur. Boyun qaçırmaq istəyənlər isə ailə üzvlərinin öldürüləcəyi ilə hədələnirlər. Və nəticə olaraq gənclər çıxış yolunu intiharda görürlər. Oyun üzvlərinin intiharı isə oyunun 40-45-ci mərhələlərində olan digər istifadəçiləri tərəfindən lentə alınır.

Hazırda oyunun yaradıcısı həbs olunsa da oyunu tamamilə məhv etmək mümükün olmayıb. Filip Budeykin isə gəncləri niyə belə bir oyuna sürüklədiyi sualına “Onlar Yer üzünün zəif insanlarıdır. Buna görə də yaşamasalar yaxşıdır” cavabını verib.

Tarix
2017.05.19 / 00:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla