Yuxarı

Türk dili vədini verən İran lideri: Bu gün seçiləcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

Özündən əvvəlki prezident Əhmədinejad kimi Simnan şəhərində doğulan Həsən Ruhani 2013-cü il prezident seçkisində 38 milyon səsdən 18 milyonunu qazanaraq, İranın 7-ci prezidenti oldu.

O, İranda təhlükəsizlik, araşdırma və diplomatik vəzifələrdə çalışıb. Ruhani 2013-cü il seçkilərinə başlayarkən reformistlərin lideri kimi tanınan Xatəmi və İran siyasi sistemində önəmli yerə sahib olan Rəfsəncanidən dəstək aldı.

Dini lider İranın ABŞ və Avropayla olan ciddi problemlərinə görə daha ciddi fiqurun vəzifəyə gəlməyini istədi və bu şəxs də Ruhani oldu. 2006-cı ildən etibarən İranın nüvə texnologiyasını inkişaf etdirməsinə görə ABŞ və başqa ölkələr rəsmi Tehrana qarşı beynəlxalq embarqolar tətbiq etməyə başladılar. İran bu embarqolara tab gətirə bilməyərək ABŞ və Avropanın planını qəbul etdi. Bütün nüvə çalışmalarına son vermək və insan haqlarını qorumaq tələbinə əməl etdi. Yəni İran ABŞ və Avropaya təslim olaraq öhdəlikləri qəbul etdi.

Həsən Ruhani keçmiş prezident Əhmadinejadı pisləyib ölkədəki bütün çətinliklərin səbəbkarı kimi onu göstərdi, ölkə sistemində pozulan xətti bərpa edəcəyinə söz verdi. Ruhani İranın ABŞ və Avropaya təslim olma prosesini ən az zərərlə aparmaq üçün toplumun bütün kəsimlərinə və onların istəklərinin həllinə vəd verdi. O, bu yolla rejimdən bezən xalqın rejimin dəyişəcəyinə ümidini artırdı və ölkəni ABŞ və Avropa qarşısında birləşdirərək daha güclü şəkildə hərəkət etməyi qarşısına məqsəd qoydu.

O, həmçinin xalqa problemlərin rejimin içində həll ola biləcəyinə dair ümid verərək, müxaliflərin rejimi yıxmaq planının da qarşısını aldı. Ruhani 2009-cu ildə baş verən qiyama rəhbərlik edən iki müxalif lideri - Musəvi və Karrubini ev həbsi cəzasından xilas edəcəyinə, işsizlik səviyyəsini azaldacağına, sosial azadlıqları artıracağına, Urmiya gölünün qurumasının qarşısını alacağına, Türk Dili Qurumu yaradacağına, Azərbaycan türkcəsində və fars olmayan başqa xalqların dilində oxumaq üçün bir plan hazırlayacağına söz verdi.

Ruhani verdiyi vədlərlə həm səs qazandı, həm də İranın beynəlxalq arenadakı nüfuzunu artırdı. Onun ABŞ və Avropanın istəkləri ilə razılaşması siyasi rejimə uğur gətirdi. Ruhani verdiyi sözlərin çoxunun həyata keçirilməsinin mümkünsüz olduğunu bilirdi. Xalq üçün isə bu sözlərin deyilməsi, əməl olunması böyük əhəmiyət kəsb edirdi. Bu sözlər istər-istəməz xalq arasında o istəklərin icrası üçün ümid yaradırdı.

Gözlənildiyi kimi, Ruhani verdiyi sözlərin çoxunu tuta bilmədi.

Onun dönəmində siyasi həbslər və edamlar davam etdi. İran hələ də dünyada vətəndaşlarını edam edən ölkələr arasında ikinci yeri qorumaqdadır. Xalqın gündəlik ictimai yaşayışındakı azadlığına gələndə isə Ruhani dönəmi əvvəlki dönəmə görə daha rahat oldu və xalq geyimdə, əyləncədə özünü daha rahat hiss etdi. Kitab, dərgi, qəzet nəşri və mədəni fəaliyyətlər Xatəmi dönəmindəki qədər olmasa da, əvvəlki dönəmə (Əhmadinejad) görə daha azad oldu. Mətbuat azadlığında 2014-cü ildə 180 ölkə arasında 173-cü yerdə olan İran 2017-ci ildə 165-ci yerə yüksəldi.

Ruhani dönəmində İrana gələn turistlərin sayı artdı. Sanksiyaların qalxmasıyla birlikdə infilyasiya və bahalıq 45%-dən 25%-ə düşdü. Ruhani hökuməti işsizliyi azaltmağa söz versə də, bu məsələdə demək olar ki, heç bir iş görmədi.

Onun dönəmində bir çox iş yeri bağlandı. İqtisadiyyatdakı durğunluq da böyük problemlərdən biri kimi davam edir. Ruhani birinci 4 illini bu il bitirib və ikinci 4 illik üçün öz namizədliyini irəli sürüb. Onun rəqiblərinin çox güclü siyasətçilər olduğunu demək olmaz. Bütün yoxlamalar göstərir ki, Ruhani ikinci dönəmdə də prezident olacaq. Seçkiləri boykot etməyənlər Ruhanidən başqa bir alternativin olmadığını düşünərək, onun reformalarının davam edəcəyinə inanırlar. Dini lider və siyasi rejimin elit təbəqəsi Ruhaninin prezident olmasını istəməsələr də, ona məhkum olduqlarını bilirlər.

ABŞ Prezidenti Trampın İrana qarşı sərt fikirlər səsləndirməsi istər-istəməz Tehranı qorxutmaqdadır. Buna görə də Tehranda ABŞ-a qarşı dik dayanan birinin olması qaçılmazdır.

SON

Qeyd edək ki, İranda seçkilər bu gün – 19 may tarixində keçirilir. Seçkidə 3 namizəd var ki, əsas rəqabətin Həsən Ruhani ilə İbrahim Rəisi arasında gedəcəyi gözlənilir.

Tarix
2017.05.19 / 09:00
Müəllif
Umud Mahdian
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla