Yuxarı

Ermənistan ordusunda qırğın gedir - Mxitaryan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunda zabitlər əsgərləri öldürür, bir sözlə qırğın gedir.

Publika.az xəbər verir ki, bu sözləri qətlə yetirilən 19 yaşlı Arsen Mxitaryanın valideynləri deyir.

Ermənistan ordusunda intiharların, eləcə də əsgərlərin müəmmalı şəkildə ölməsi hallarının sayı getdikcə artır.

“Epress” saytı yazır ki, A.Mxitaryan hərbi xidmətə gedəndən bir neçə ay sonra müəmmalı şəkildə qətlə yetirilib. Qətldən bir il vaxt keçir və əsgərin valideynləri hesab edirlər ki, yüksək vəzifəli məmurlar qətlin izlərini gizlətməyə çalışır. Ermənistanın hərbi rəhbərliyi əvvəlcə Arsenin Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldüyünü iddia edib. Daha sonra isə onun intihar etdiyi iddiası irəli sürülüb. Lakin valideynlər övladlarının ermənilər tərəfindən qətlə yetirildiyini deyirlər. Onlar Arsenin hərbi hissədə təzyiqlərə məruz qaldığı haqda danışırlar.

Arsenin anası Lusine Mxitryan danışır ki, “mən oğlumu itirmişəm və mənə deyirlər ki, ədalət tələb etmə”.

“Bəs, belə ölkədə övladı orduya göndərməyə dəyərmi?”, - deyə o davam edir.

Qətlə yetirilmiş əsgərin anası erməni analarını övladlarını orduya göndərməməyə çağırıb: “Əgər belə imkan yoxdursa, onda övladınızın taleyini lap əvvəldən həll edin, ya ölkədən qaçırın, ya da başqa bir yola əl atın. Çünki bu ölkədə orduya övlad göndərmək, ölümə göndərmək kimi bir şeydir”.
L.Mxitran oğlunun qətlinə görə müdafiə naziri Viqen Sarkisyanı günahlandırıb.

“Orduda hər gün əsgərlərimiz ölür, qətlə yetirilir, başlarına min oyun açılır. Viqen Sarkisyanın başı isə siyasətə qarışıb”, - Arsenin anası qeyd edib.

O, əsgər analarının Müdafiə Nazirliyinin binasına hücum etməyə və Viqen Sarkisyandan hesabat tələb etməyə çağırıb: “Ölən bizim övladlarımızdır, onlar isə öz keflərindədir”.

Əsgərin atası Artur Mxitaryan isə deyir ki, Ermənistan ordusunun içində qırğın gedir.

Valideynlərə övladlarının xidmət etdiyi batalyonun komandiri Samvel Minasyan bildirib ki, “Arsen intihar edib, buna səbəb də öz ailəsində olan problemlərdir”. Lakin valideynlər ailələrində heç bir problemin olmadığını və övladlarının intihar etmədiyini deyir.

Onların sözlərinə görə, hadisə 2016-cı ilin 3 iyulunda olub. Həmin gün Tavuş rayonunda hərbi hissənin döyüş mövqeyində olan əsgərlər heç bir güllə səsini eşitmədiklərini deyirlər.

“Yəni Arsen Azərbaycan tərəfinin atdığı güllə ilə ölməyib, nə də özünü güllələyib. Onu öldürüblər. Mən hadisədən sonra hərbi hissəyə getdim və oğlumun öldüyü yerə baxdım. Orada heç bir giliz yox idi”, - deyə ata Artur Mxitaryan danışır.

Mxitaryan ailəsi bildirib ki, “biz özümüzü Ermənistanda təhlükəsizlikdə hiss etmirik. Əgər başımıza nəsə gəlsə, bilin ki, bunu onlar (ordu rəhbərliyi) edib”.

Qeyd edək ki, Ermənistan hakimiyyəti orduda itkilərin sayını gizlətməyə çalışır. Lakin dünən bu ölkənin “Johovurd” qəzeti 2017-ci ilin yanvar ayından indiyə qədər orduda 26 itkinin olduğunu yazıb.

“Hərbi qulluqçulardan 10-u döyüş şəraitində, 16-sı isə intihar, qətl, silahla ehtiyatsız davranma və qəza nəticəsində ölüb”, - deyə qəzet statistikanı açıqlayıb.

Lakin qeyd edib ki, bu statistika ictimaiyyətə məlum olan informasiyalar əsasında hazırlanıb. Reallıqda isə itkilərin sayı daha çoxdur.

Tarix
2017.05.19 / 10:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla