Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Aprel 2018


İran seçkisinə Avropadan bəyanat: Saxta, ədalətsiz...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Parlamentinin 150-dən çox deputatı bəyanat yayaraq, İranda keçirilən prezident seçkilərinin qeyri-demokratik, ədalətsiz və saxta olduğunu bildirib.

Axar.az xəbər verir ki, Avropa Parlamentinin yaydığı bəyanatda İranın indiki ağır siyasi durumuna toxunularaq, İranda müxalifətin sərbəst fəaliyyətinə qadağa qoyulduğu, müstəqil qüvvələrin bu seçkilərə qatılmasının qarşısı alındığı qeyd edilir.

“İrandakı seçkilər azad və ədalətli deyil. Bu seçkilər qeyri-demokratik və saxtadır. Çünki ölkədə müxalifətin fəaliyyətinə tamamilə qadağa qoyulub. Prezidentliyə namizədlər isə əvvəlcədən “Vəliyyi-fəqihə”, yəni ölkənin dini liderinə ürəkdən inandıqlarını elan etməlidirlər. Həmçinin bir çox namizədin ölkə prezidentliyinə namizədliyini rədd edən Konstitusiyaya Nəzarət Şurasının üzvləri də birbaşa İranın dini lideri Əli Xamnei tərəfindən təyin edilən şəxslərdir”, - bəyanatda bildirilib.

Bəyanatda həmçinin İranın idiki prezidenti Həsən Ruhaninin insan hüquqları ilə bağlı siyasəti tənqid edilib, onun prezidentliyi dövründə ölkədə edamların sayının kəskin artması pislənilib:

“Yalnız Həsən Ruhaninin prezidentliyi dövründəki son dörd ildə İranda 3 min nəfərdən çox insan edam edilib. Baxmayaraq ki, Ruhaninin mötədil bir siyasətçi olduğunu deyirlər. Lakin o, dövlət televiziyasındakı çıxışlarının birində edam cəzasını dəstəkləyərək onu “Allahın qanunu” adlanırıb.

Bundan başqa, 1988-ci ildə İranda siyasi məhbusların kütləvi edamı və qətliamı olub. Edamlar o vaxt yaradılmış “Ölüm heyəti” tərəfindən həyata keçirilib. Maraqlıdır ki, siyasi məhbusların ölümünə hökm verən həmin “Ölüm heyəti”nin başçısı hazırda prezidentliyə namizəd İbrahim Rəisi, onun digər bir üzvü isə İranın indiki Ədliyyə naziri Mustafa Purməhəmmədi olub”.

Bu gün (mayın 19-da) İranda 12-ci prezident seçkiləri keçirilir. Seçkilərdə dörd namizəd - Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba rəqabət aparır. Əsas rəqabət isə islahatçıların dəstəklədiyi Həsən Ruhani və dini lider Əli Xameneinin yaxın adamı kimi tanınan İbrahim Rəisi arasında gedir.

Tarix
2017.05.19 / 12:21
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Məmurlar da Sərkisyana inamını itirib – Danielyan

Ərdoğanın seçki qərarının sirri: Qurulan tələlərə qarşı…

Yaponiya Rusiyadan 4 adanı tələb edir - Etiraz

Türk nazirin cənazəsinə sahib çıxan olmadı

Daha Sərkisyan yoxdur, o fahişə kimi... - Manuçaryan

Sərkisyan hərəkətə keçdi: 100 etirazçı həbs edildi - Canlı

Ərdoğan 55.6 faizlə lider oldu – AKP sorğusu

Sərkisyana ikinci təbrik axır ki, gəldi – Yenə Rusiyadan

Putin generalını Bakıya göndərdi və dərhal TŞ-ni çağırdı

Ərdoğan nazir və vəkilləri topladı – Seçki iclası

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla