Yuxarı

Putin İrandakı seçkiyə niyə müdaxilə etmir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İrandakı prezident seçkisinə müdaxilədə maraqlı deyil.

Axar.az xəbər verir ki, bu sözlər jurnalist Runa Xələfin “Faynənşıl Tayms” qəzetindəki məqaləsində yer alıb.

“Tatarıstan lideri Rüstəm Minnixanov apreldə Tehrana səfər etdi və burada bir sıra rəsmilərlə, o cümlədən prezidentliyinə namizəd İbrahim Rəisi ilə görüşdü. Bu görüş kifayət etdi ki, Rəisinin Rusiyanın adamı olması və Rusiyanın İrandakı seçkilərə müdaxilə edəcəyi ilə bağlı şayiələr yayılsın. Siyasi mənada bu əslində kifayət etmir.

Birincisi, İrandakı prezident seçkisi Putinin maraq dairəsində deyil. İran prezidenti vəzifəsi yüksək mövqe olmağına baxmayaraq, ən güclü vəzifə deyil. Burada yekun qərarları ölkənin ali dini lideri Əli Xamenei qəbul edir. O isə vəzifəsində ömrünün sonuna qədər qalacaq.

İran və Rusiya bəzən bir-biriylə əməkdaşlıq etmələrinə baxmayaraq, onların çox çətin tarixi münasibətləri var. İranlılar ruslara düşmənləri amerikalılardan daha az güvənirlər. Üstəlik, onlar öz işlərinə müdaxilə edən hər kəsə nifrət edirlər, amma özlərinin qonşularının işlərinə müdaxiləsinə haqq qazandırırlar.

İkinci səbəb isə odur ki, İranda Rusiya və Qərbin maraqları üst-üstə düşür. Həsən Ruhani 2015-ci ildə Altılıqla imzalanan nüvə razılaşmasının memarı sayılır.

Üçüncü səbəb isə Ruhaninin Rusiya ilə ideal əlaqələrinin olmasıdır. Belə ki, bu ilin martında onu Moskvada yaxşı qəbul etdilər, hətta Moskva Dövlət Universitetinin fəxri dərəcəsini də verdilər.

Rusiya ilə İranın Suriyada fikir ayrılıqlar var. Onlar eyni anda həm düşmən, həm də dostdurlar. Əgər Rusiyanın maraqları nüvə razılaşmasının qalması və Suriyada müharibənin davam etdirilməsidirsə, Tehrandakı rejim onu kifayət qədər qane edir”, – deyə məqalədə bildirilib.

Tarix
2017.05.19 / 14:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla