Yuxarı

Culian Assanc: əsl müharibə hələ qabaqdadır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vikiliks" sənədlərin dərc olunmasını davam etdirəcək. Bu gün mənim üçün mühüm qələbədir. Lakin yol indi başlayır, əsl müharibə hələ qabaqdadır.

Axar.az xəbər verir ki, bu sözləri qalmaqallı "Vikiliks" saytının banisi Culian Assanc İsveç prokurorluğunun ona qarşı cinayət işinə xitam verməsindən sonra ilk dəfə jurnalistlər qarşısına çıxarkən səsləndirib.

Bu gün məlum olub ki, İsveç prokurorluğu Culian Assancın işi üzrə yeddi ilə yaxın davam edən istintaqın dayandırılması barədə qərar çıxarıb və məhkəməyə onun həbsi üçün verilmiş orderin ləğv olunmasını tövsiyə edib. Lakin Britaniya polisi bildirib ki, Assanc Ekvadorun Londondakı səfirliyini tərk edərsə, həbs olunacaq. Skotlend-Yard bunu Vestminsterin magistrat məhkəməsinin 2012-ci il iyunun 29-da məhkəməyə gəlmədiyinə görə Culian Assancın həbsinə order verməsi ilə əsaslandırıb.

2010-cu ildə Stokholmda seksual xarakterli cinayət törətməkdə ittiham olunan Assanc həmin ilin dekabrında İsveç hüquq-mühafizə orqanlarının sorğusuna əsasən Londonda həbs edilmiş, lakin bir neçə gündən sonra girov müqabilində azadlığa buraxılmışdı. İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Culian Assanc 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və beş ilə yaxındır ki, bu ölkənin Londondakı səfirliyində qalır.

Bu gün, həmçinin Britaniya baş nazirinin Daununq-stritdəki iqamətgahı qarşısında Assanca dəstək aksiyası keçirilib. Onun tərəfdarları Britaniya hakimiyyətini təqiblərə son qoymağa və "Vikiliks" yaradıcısının istədiyi yerə sakitcə getməsinə imkan yaratmağa çağırıblar.

Baş nazir Tereza Mey isə Şotlandiya seçiciləri ilə görüşü zamanı Assancın taleyi ilə bağlı sualı cavablandırarkən bunun polisin səlahiyyət sferasında olduğunu deyib.

Tarix
2017.05.19 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla