Yuxarı

İranda seçkilər başa çatdı: seçici fəallığı açıqlandı – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:22

İranda bu gün keçirilən prezident seçkilərində səsvermənin müddəti üçüncü dəfə daha 2 saat uzadılıb. Beləliklə, saat 18:00-da başa çatmalı olan səsvermə 24:00-a qədər davam edəcək.

Axar.az xəbər verir ki, bu, saat 18:00-da bitməli olan səsvermənin 3-cü dəfə uzadılmasıdır. İran Daxili İşlər Nazirliyi səsvermənin uzadılmasına səbəb kimi seçicilərin yüksək fəallığını, səsvermə məntəqələri qarşısında uzun-uzadı növbələri göstərib. Həmçinin seçicilərə müraciət edərək, daha az növbə olan seçki məntəqələrinə müraciət etmələri xahiş edilib (İranda qeydiyyat olmadığından, seçici ölkənin istənilən məntəqəsində səs verə bilər).

Şəhər Şurası seçkiləri də bugünə təyin edildiyindən, seçicilərin məntəqələrdə səsvemə müddəti artır və buna görə də böyük növbələr yaranır.

Qeyd edək ki, bu gün İranda keçirilən prezident seçkisində əsasən iki namizəd – hazırkı prezident, islahatçıların dəstəklədiyi Həsən Ruhani ilə mühafizəkarları dəstəklədiyi İbrahim Rəisi arasında rəqabət gedir.

***

İbrahim Rəisinin seçki qərargahından bildirilib ki, bir çox seçki məntəqəsində artıq 3 saata yaxındır bülleten bitib, buna baxmayaraq, İran DİN yeni bülletenlər gətirməyib.

RİA-nın yaydığı məlumata görə, Rəisinin seçki qərargahı xüsusilə bu halın Ruhaninin Rəisiyə uduzduğu ərazilərdə yaşandığını vurğulayıb.

***

İranda səsvermə başa çatıb və seçici fəallığı 70 faiz olub.

Bu barədə açıqlamanı İran daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, adı seçici siyahısında olan 56 milyon seçicidən 40 milyonu seçkidə iştirak edib. Seçicilər İran üzrə 63,5 min məntəqədə səs verib.

Qeyd edək ki, seçkidə 4 namizəd – hazırkı prezident Həsən Ruhani, mühafizəkar İbrahim Rəisi, keçmiş vitse-prezident Mustafa Haşemi Taba və müstəqil Mustafa Mirsəlim mübarizə aparır. Mustafa Haşemi 2 gün öncə H.Ruhaniyə səs verəcəyini bildirib və tərəfdarlarını da hazırkı prezidentə səs verməyə çağırdığından, onun seçkidə iştirakı formal xarakter daşıyır.

Əsas rəqabətin Həsən Ruhani və İbrahim Rəisi arasında getdiyi bildirilir.

İran XİN seçki nəticələrini bülletenlər sayıldıqca, hissə-hissə açıqlayacağını bəyan edib.

Tarix
2017.05.20 / 00:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla