Yuxarı

Atatürkün gizli əlyazması: Türkləri hansı hökmdar satdı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mustafa Kamal Atatürkün öz əlyazmalarından ibarət qeydləri mediada gündəm olub. Qeydlərdə Atatürkün türklərin başına gətirilən müsibətlərdə Osmanlı padşahını günahkar göstərdiyi fikirlər yer alır.

Publika.az xəbər verir ki, Türkiyə banklarından birinin arxivində saxlanılan qeydlər son günlərdə mediada dərc olunmağa başlayıb. Dərc olunan materiallarda Atatürk, Osmanlı padşahı Vəhdəddin haqqında "Osmanoğullarının 36-cı və sonuncu padşahı Vahdəddinin hakimiyyəti dövrünü türk millətinin dərin əsarət içində olduğu dövr" kimi səciyyələndirdiyi qeyd olunub.

Ucal Dəmirəlin hazırladığı "Atatürkün qeydləri" adlı kitabda böyük öndər Osmanlı padşahı Vahdəddini "Türk xalqının həyatını, namusunu, şərəfini yox edən şəxs" olaraq təsvir edib.

Kitabda Atatürkə məxsus qeydlərin vizual, qədim və müasir türk dilində tərcümələri yer alır. Arxivdə saxlanılan qeydlər içərisində Atatürkün Birinci Dünya müharibəsi zamanı bir sıra yazışmaları, Mustafa Kamal Paşanın Məclis sədri seçilməsindən sonra çıxış mətni, Şahzadə Ömər Faruk Əfəndinin Anadoluya keçməsiylə bağlı yazışmalar, Anadoludakı müharibənin mənfi nəticələnmə ehtimalı ilə bağlı xəbərdarlıq məktubu və müxalif qüvvələrin bir sıra gizli yazışmaları yer alır.

Yunan ordusunun məğlub edilməsindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri, Ali Baş Komandan Mustafa Kamal imzası ilə qeydlər qələmə alan Atatürkün "Böyük və nəcib türk milləti” deyə başlayan qeydlərindən birində yer alan fikirlərdən biri:

"Qoşunlarımız İzmiri və Bursanı qələbə ilə xilas etdi. Asiya imperatorluğuna çalışan həyasız bir düşmənin döyüş meydanlarına gəlmək cəsarətində olan ordu komandanları ilə pult komissiyaları günlərdən bəri TBMM hökumətinin müharibə əsiri olublar. Düşmənin ali baş komandan təyin etdiyi general Trikopis gərgin döyüşdən və bütün qurtuluş yollarını sınadıqdan sonra əmrindəki generallar və idarə etdiyi ordu ilə təslim olub. Əgər yunan kralı da bu gün əsirlər arasında yer almırsa, bu hökmdarların həlledici xüsusiyyətlərə malik olmasından irəli gəlir".

Kitabda Atatürkün Hz. Məhəmməd haqqındakı düşüncələri: "Əfəndilər, yenə də məlumdur ki, dünya üzündə yüz milyonluq ərəb əhalisi var. Onların bir qismi Ərəb yarımadasında intensiv olaraq mövcud olub. Peyğəmbərliyə çatmış Hz. Məhəmməd Ərəb əhalisi içindən Məkkədə dünyaya gəlmiş bir mübarək varlıqdı. Tək və böyük olan Allah insanları yaratdıqdan sonra ölənə qədər onları maarifləndirmək üçün peyğəmbərlərini göndərdi. Qullarının inkişaf mərhələsinə çatmasına qədər onlara bələdçilik edən peyğəmbərlər ilahi tələbləri insanlara aşılayıblar. Bəşəriyyətin qavrayış, maarifçilik və inkişaf səviyyələri hər qulun, birbaşa Allah tərəfindən könülə doğan şeylərlə əlaqə qurma qabiliyyətinə çatdığını qəbul etmişdir və bu səbəbdən Hz. Məhəmməd son peyğəmbər olub".

"Tarixi dövrlərin tolerant olduğu ilk mərhələlərdə biz də tolerant olduq. Lakin açıq və obyektiv tarixi dəlillərə əsaslanaraq demək olar ki, türklər 15 əsr əvvəl Asiyanın göbəyində böyük dövlətlər qurub və bəşəriyyətin hər cür qabiliyyətlərini görüb" ifadələrindən istifadə edən Atatürkün qeydləri mediada rezonans yaradıb.

Atatürkün ən ağır ifadələrlə tənqid etdiyi adlar siyahısında Osmanlının sonuncu padşahı Vahdəddin durur. Atatürk onu israrla "şüursuz xain" adlandırıb: "Min illərdən bəri müstəqillik anlayışının görkəmli nümunəsi olan türk xalqı bir təpik ilə çuxurun içinə yuvarlandı. Amma bu təpiyi heç kim ata bilmirdi. Təpiyi atmaq üçün türklərin içindən şüursuz bir satqın lazım idi. Necə ki, ölüm cəzasına məhkum edilənlərin ipini çəkmək üçün duyğusuz, qəddar insanlara ehtiyac duyulur, belə alçaqlığı qəbul etmək üçün də ən azı o qədər duyğusuz olmaq lazım idi. Təəssüf ki, o şərəfsiz, millətin hökmdarı, sultanı, padşahı, xəlifəsi deyib, əl üstündə saxladığı Vahdəddin oldu. Bu hərəkəti ilə o özü-özünü öldürdü".

Tarix
2017.05.20 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla