Yuxarı

Nəsirov danışdı: ölkədə kütləvi həbslər başladı - Korrupsiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hüquq mühafizə orqanları korrupsiyaya qarşı genişmiqyaslı əməliyyata başlayıblar.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın hərbi prokuroru Anatoli Matios söyləyib. O, əməliyyat zamanı həbs edilənlərin əksəriyyətinin keçmiş məmurlar olduğunu bildirib:

“Əməliyyat ölkənin 15 vilayətinda aparılıb. Əməliyyata 1700 polis, 500 prokuror cəlb edilib. Onlar 454 məkanda axtarış aparıblar. 23 keçmiş vəzifəli şəxs həbs olunub. Həbs edilənlərin hamısı vertolyotla Kiyevə çatdırılır”.

Matios həbs edilən şəxslərin Ukraynaya 3,7 milyard dollar ziyan vurduğunu bildirib. Onun sözlərinə görə, hazırkı proseslər əməliyyatın ilk mərhələsidir:

“İkinci mərhələdə biz bu işə Baş Prokurorluq və Ukranya Təhlükəsizlik Xidmətini də cəlb etmək istəyirik. Bu həbslər Ukrayna Dövlət Fiskal Xidmətinin eks-rəhbəri Roman Nəsirovun ifadəsi sayəsində mümkün olub”.

Qeyd edək ki, Nəsirovun özü səlahiyyətlərindən sui-istifadədə və 76 milyon dollar pulun mənimsənilməsində günahlandırılır. O, milliyətcə azərbaycanlıdır.

Tarix
2017.05.25 / 09:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla