Yuxarı

“Rusiya və Çinlə savaşsaq...” - ABŞ-dan şok analiz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya və Çinlə eyni anda savaşsa belə qələbə qazanacaq.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı jurnalist Robert Farlinin “Nəşinəl İnterest” qəzetindəki məqaləsində yer alıb.

O, Vaşinqtonun hazırda təkcə dünyanın ən böyük ordusuna sahib olmadığını, həm də dünyanın ən böyük hərbi alyansı olan NATO-ya rəhbərlik etdiyini bildirib:

“Hətta bizim Avropadakı müttəfiqlərimiz belə təkbaşına NATO-nun Rusiya üzərində qələbəsini təmin edə bilərlər. Rusiya və Çinin qarşılıqlı fəaliyyəti az inandırıcıdır. Böyük ehtimalla bu ölkələrdən biri böhrandan istifadə edərək, öz mövqelərini gücləndirmək istəyir. Əgər ABŞ Cənubi Çin dənizindəki böhrana cəlb edilsə, o zaman Rusiya Baltikyanı ölkələrə təzyiqini artıracaq. ABŞ-la savaşın təşəbbüskarı ya Rusiya, ya da Çin olacaq. Ona görə ki, Vaşinqton status-kvonun qorunmasının tərəfdarıdır.

Rusiya artıq NATO ilə Şimali Atlantikada mübarizə aparmaq imkanında deyil. Vaşinqton və müttəfiqləri müəyyən qədər hərbi resurslar ayırmaqla Rusiyanın dəniz məkanını təhdid edəcəklər.

Amerika istənilən zaman Avropaya ciddi toqquşma üçün böyük sayda hərbi yardım göndərə bilər. Lakin indiki zamanda Avropadakı müttəfiqlərinin gücünü nəzərə alıb, ABŞ bütün diqqətini ilk növbədə Sakit okean konfliktinə yönəldəcək. Rusiya hətta bu müddət ərzində Baltikyanının bir hissəsini tutsa belə, burada qala bilməyəcək.

İstənilən halda Asiya-Sakit okean regionunda başlayan konfliktdə Yaponiya və Hindistan iştirak etməyəcək. Onların Cənubi Çin dənizi ilə bağlı öz maraqları var. Bunun üçün də Vaşinqton Sakit okeanın qərbində hökmranlığa təkbaşına nail olacaq.

ABŞ eyni anda başlayan iki qlobal konfliktdə qələbə qazana bilər. Bu olmayacağı təqdirdə isə ABŞ tam qələbəyə kifayət qədər yaxınlaşacaq və bununla Rusiyayla Çinin avantüralarına ümid yeri qoymayacaq”, – deyə o bildirib.

Tarix
2017.05.26 / 09:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla