Yuxarı

İran 3 dövlətə qarşı “Şiə ordusu” yaratdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya hökuməti İrandan Rusiya və Suriya qüvvələri ilə çiyin-çiyinə döyüşən minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsini istəyib.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın müxalif “Zaman Vasel” saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Suriyanın Müdafiə Nazirliyindən əldə edilən sənəd Prezident Bəşər Əsədin buna göstəriş verdiyini göstərir.

Şiə yaraqlılarına İran, Hizbullah qrupu və ya Suriya hökuməti nağd pul ödəyir. Adının açıqlanmasını istəməyən Suriya rəsmisi “Amerikanın səsi”nə bildirib ki, gələcəkdə şiə yaraqlılarının məvacibləri yalnız İran tərəfindən ödəniləcək.

Təhlilçilər bildirir ki, İran hökuməti Birləşmiş Şiə Qurtuluş Ordusunu yaratmaqla Tehranın Yaxın Şərqdə münaqişələrdə siyasi və hərbi rolunun məzhəb əsasında genişləndirmək istəyinə dair siqnal göndərir.

“Şiə məzhəbinin adından istifadə edərək yaradılan yeni ordu regionda təriqətlər arasında gərginliyin artmasına gətirib çıxaracaq”, - deyə Ekseter Universitetinin Strategiya və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Talha Əbdulrazaq “Amerikanın səsi”nə bildirib. O, İranın özünü regional və ya hətta imperialist bir güc kimi göstərmək istədiyini deyib.

Ordunun yaradılmasının əsas məqsədi ərəb ölkələrində döyüşlərdə iştirak etməkdir. Ordu sıralarına əsasən regionda İrandan olmayan şiə müsəlmanlar götürüləcək.

İranın elitar İnqilab Qvardiyasının lideri Məhəmməd Əli Fələki “Məşriq” xəbər agentliyinə müsahibəsində deyib ki, yeni ordu üç cəbhədə fəaliyyət göstərir: Yəmən, Suriya və İraq.

Tarix
2017.05.30 / 11:58
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla