Yuxarı

İran parlamentində ölənlərin sayı 13 oldu: 43 yaralı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:20

Naməlum şəxslər İran parlamentinə hücum edərək ətrafa atəş açıb.

Axar.az xəbər verir ki, “Fars” və “Mehr” agentlikləri parlamentdən hələ də silah səsləri gəldiyini yazıb. “Tasnim” agentliyi isə parlamentdə bəzi şəxslərin girov götürüldüyünü və silahlı atışmanın davam etdiyini bildirib.

Həmçinin, üç silahlı şəxsin iki nəfəri yaraladığı vurğulanır.

***

Millət vəkili İlyas Həzrəti İRİB agentliyinə iki kişinin “Kalaşnikov” avtomatı, bir kişinin isə tapança ilə hücum etdiyini bildirib.

***

"Fars" agentliyinin verdiyi məlumata görə, parlamentə hücum edən şəxslər millət vəkilləri ilə görüşmək adı ilə binaya daxil olublar.

Hazırda parlamentin qapıları bağlanıb və hücum edənlər mühasirəyə alınıb. Son məlumatlara görə, mühafizəçilərdən biri atışma zamanı həlak olub.

Parlamentdən millət vəkilləri və jurnalistlərin çıxmasına icazə verilmir. Cinayətkarlardan ikisi yaralanaraq tutulub.

Parlamentdə olan müxbirlər mühafizəçinin həlak olmasını təsdiqləməyib.

***

İnqilab Keşikciləri Korpusu Tehranda bütün strateji binaları, o cümlədən Prezident Aparatı və digər dövlət əhəmiyyətli binaları nəzarətə götürüb.

Parlamentə hücum edənlərin 20 nəfər olduğu iddia edilir. Hələlik bu xəbər rəsmən təsdiqlənməyib.

***

İRNA parlamentdəki atışmalarda bir nəfərin öldüyünü təsdiqləyib. Hücum edənlərin təsdiqlənmiş sayı isə 4 nəfərdir. Terrorçuların sayının daha çox olduğu istisna edilmir.

***

“Fars” agentliyi parlamentə hücum edənlərdən birinin kamikadze olduğunu və üstündə bomba aşkarlandığını bildirib. Hazırda polislərin “canlı bomba”nın ətrafına düzüldüyü vurğulanır.

***

İran parlamentindəki atışmalar zamanı yaralıların sayı 8-ə çatıb.

***

"Əl-Ərəbiyyə"nin Liviya bürosu İran parlamentinə hücumun məsuliyyətini İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü bildirib.

***

İran Daxili İşlər Nazirliyi Tehranda fövqəladə təhlükə ilə bağlı toplantısını çağırıb.

Daxili İşlər naziri Rəhmani Fəzli bu barədə Daxili İşlər Nazirliyinin bütün qurumlarına göstəriş verib.

Qeyd edək ki, hadisədən bir saat keçməsinə baxmayaraq, hələ də parlamentdə atışma səslərinin gəldiyi bildirilir.

***

İran parlamentindəki atışmalarda 7 nəfər ölüb.

Bu barədə informasiyanı "Tasnim" agentliyi yayıb. Agentlik terrorçuların əlində 4 nəfərin girov olduğunu bildirib.

***

Parlamentdə gizlənən “İran” qəzetinin müxbiri son dəqiqələrdə atışmanın şiddətləndiyini öz Tvitter səhifəsindən paylaşıb.

Terrorçulardan 1-inin məhv edildiyini isə "Tasnim" agentliyi yayıb.

***

İLNA İran parlamentinin daha bir korpusunda atışma başladığı barədə xəbər yayıb.

***

Tehran Təcili Tibbi Yardım Mərkəzi teraktlar zamanı 35 nəfərin yaralandığı ilə bağlı məlumat yayıb. Yaralılardan 1-i xəstəxanaya aparılarkən yolda ölüb. Səhiyyə naziri Tehrandakı xəstəxanaların hamısının hazır vəziyyətə gətirildiyini bildirib.

***

ETTELAAT-ın Terrorizmə Qarşı Mübarizə İdarəsinin rəisi terrorçulardan birinin parlament binasında özünü partlatdığını açıqlayıb.

***

Terror hadisəsi nəticəsində ölənlərin sayı 12-yə, yaralıların sayı isə 39 nəfərə catıb.

İLNA-nın verdiyi məlumata görə parlamentdə olan 4 terrorçunun hamısı zərərsizləşdirilib. Təhlükəsizlik qüvələri parlamentin binasını tam nəzarətə alıb.

***

İran Daxili İşlər nazirinin müavini Hüseyn Zülfüqari terakt nəticəsində ölənlərin sayının 13-ə çatdığını, yaralıların isə 43 nəfər olduğunu bildirib.

Tarix
2017.06.08 / 01:00
Müəllif
Aqşin Evrən
Oxunub
18 014
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla