Yuxarı

Şam yenə qan gölünə döndü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada müxalif qruplarının Şam yaxınlığında təşkil etdiyi bombalı hücum zamanı otuzdan çox əsgərin öldüyü bildirilir.

Binada çox böyük partlayışın meydana gəldiyi və tamamilə çökdüyü deyilir. Güman edilir ki, müxalif döyüşçülər təhlükəsizlik baryerini aşaraq binaya sızmağı bacarıb və partlayıcıları zirzəmiyə yerləşdirə biliblər.

Suriya dövlət televiziyasında hücumu təsdiqləyən xəbər getməyib və hökumət də hələ ki, hücumla bağlı heç bir açıqlama verməyib.

Paytaxt Şam həftələrdir ki, şiddətli hadisələrə səhnə olur. Paytaxtın ətraflarında hökumət qüvvələri və üsyançılar arasındakı qarşıdurmalar artıb.

Partlayış vaxtı binada yalnız gecə növbətçilərinin olduğu və dolayısıyla otuzdan çox adamın öldüyü bildirilib.

"Axar.az" xəbər verir ki, "Röyter" xəbər agentliyinə müsahibə verən "Suriya İnsan Haqları Müdafiə Komitəsi"nin başçısı Rami Əbdül Rəhman bildirib ki, "Bomba təxminən bir saat əvvəl partlamış olsaydı, ölü sayı 200 nəfəri keçərdi. Suriyada Şam ətrafında, Livan sərhədi yaxınlarında yerləşən Qarada da güclü qarşıdurmalar olub.

BMT nümayəndələri son iki gündə minlərlə suriyalı mühacirin sərhədi keçərək Livana sığındığını söyləyib. BMT-nin hesablamalarına görə, 2011-ci ildə üsyan başlayandan bu yana Suriyada 100 mindən çox adam ölüb.

Tarix
2013.11.18 / 12:15
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla