24 saat ərzində rus hərbçiləri bir neçə istiqamətdə hücum etdi
01:08
Ana səhifə Planet |
Türkiyənin Rusiya ilə strateji əməkdaşlığı Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyə aparır.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Məhməd Perinçək deyib.
Perinçək Aleksey Yerxovun Ankaraya səfir təyin edilməsinin də Türkiyənin ŞƏT-ə üzvlüyünü sürətləndirəcəyini bildirib.
"Cənab Yerxov daha əvvəl Rusiyanın İstanbul Baş konsulu kimi də fəaliyyət göstərib. O dövrdə özünün mühüm nailiyyətlər əldə etdiyini şəxsən müşahidə etmişdik. İndi də səfir kimi vəzifəyə başlaması Türkiyə və Rusiyanın yaradacağı strateji əməkdaşlıqda mühüm rol oynayacaq", - Perinçək qeyd edib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Aleksey Yerxovu Rusiya Federasiyasının Türkiyədə səlahiyyətli səfiri təyin edib.
Tarix
2017.06.19 / 19:35
|
Müəllif
Pərviz Həsənov
|