Yuxarı

Afina qarışdı: Etirazçılar parlamentə daxil oldu - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın paytaxtı Afinada 2 minə yaxın bələdiyyə işçisi mərkəzi Karaiskakis meydanında nümayişə qalxıb.

Axar.az xəbər verir ki, nümayişçilər hökumətin işçi müqaviləsini uzatmamasına etiraz olaraq Daxili İşlər Nazirliyinin binasına doğru yürüş keçirib. Nazirlik binasına girmək istəyən etirazçılar polisin müdaxilə ilə qarşılaşıb.

Binanın önünə yığdıqları zibil tullantılarını yandırmaq istəyən işçilər daha sonra parlament binasına doğru irəliləyiblər. Burada da polis bibər qazından istifadə edərək iştirakçıların qarşısını alıb. Lakin etirazçılardan bəzilərinə parlament sədri Nikos Voutsis ilə görüşməyə icazə verilib.

Olay zamanı yaralanan bəzi vətəndaşlar xəstəxanalara çatdırılıb.

Hazırda tullantıların təmizlənməməsi səbəbindən Afina küçələrini üfunət qoxusu bürüyüb.

Qeyd edək ki, hökumətin yeni qərarı səbəbindən 10 mindən çox bələdiyyə əməkdaşı işsiz qala bilər.

Tarix
2017.06.22 / 21:28
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla