Yuxarı

İqlimşünasdan şok: “Qlobal istiləşmə nağıldır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəhşətli istilərin dünyanın sonunu gətirməsi ilə bağlı yayılan xəbərlər yalandır. Bunlar insanları təşvişə salmaqdan başqa bir şey deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov söyləyib.

“İyun ayının axırı olmağına baxmayaraq, havalar hələ də istiləşməyib. İstiləşmə barədə yayılan xəbərlər yalandır. Əksinə, hazırda havaların soyuma prosesi gedir. Bu proqnozları irəli sürən alimlərin dedikləri sadəcə nağıldır. Havanın istiləşməyindən və soyumağından asılı olmayaraq, su qıtlığı da yarana bilər, sərinləşmə də baş verə bilər, aclıq da ola bilər. Çünki quraqlıq baş verir, su çatışmazlığı olur. Bunların hamısı Allahdan asılıdır.

Mən rəhbərliyi Vaşınqtonda yerləşən Qlobal Ekoloji Fondun Azərbaycandakı nümayəndəsiyəm. Orada da çıxış edirəm ki, insanları yalan, uydurma proqnozlar ilə qorxutmaq lazım deyil”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə britaniyalı və amerikalı alimlər XXI əsrin sonunda dünyada istiləşmənin həddən artıq yüksələcəyi ilə bağlı proqnoz veriblər. Onlar bu istiləşmələr nəticəsində dünya əhalisinin dörddə üç hissəsinin yox olacağını söyləyiblər.

Tarix
2017.06.24 / 09:23
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla