Yuxarı

İranda gözlənilən fəlakət: duz fırtınası başladı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 22-i axşam saatlarında Urmiya gölü və onun ətraf ərazilərində duz fırtınası olub.

Axar.az xəbər verir ki, fırtınanın görüntüləri sosial şəbəkələrdə yerləşdirib. Sosial şəbəkə istifadəçiləri bunun son zamanların ən şiddətli duz fırtınası olduğunu bildiriblər.

Qeyd edək ki, duz fırtınası insan sağlığı üçün zərərlidir. Belə ki, havaya daxil olan duz zərrəcikləri insanların sağlıq durumuna ciddi şəkildə təhlükə yaradaraq, göz, ağciyər xərçəngi, dəri, tənəffüs orqanları, qan təzyiqi və s. kimi xəstəliklərə səbəb olur. Hətta bəzi rəsmi şəxslər Urmiya gölü ətrafında yaşayan əhali arasında bir çox xəstəlik, xüsusi ilə də göz xəstəliklərinin artdığını etiraf ediblər.

Duz fırtınaları təkcə gölə yaxın şəhər və kəndləri əhatə etmir, Ərak, Qəzvin və hətta Tehrana qədər çatır.

Son illər Urmiya gölündə quruma prosesi gedir. Mövcudluğu təhdid altına düşən gölün bərpası üçün İran rəsmiləri kifayət qədər iş görmürlər. Ekspertlər bu gölün quruyacağı halda bölgədəki 20 milyona yaxın insanın təhdidlə üz-üzə qalacağını bildiriblər.

Tarix
2017.06.24 / 13:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla