Ana səhifə Planet |
Asiya İnkişaf Bankının bu günlərdə dərc etdiyi hesabatda bildirilir ki, əgər hakimiyyət orqanları iqlimin dəyişməsi nəticəsində dənizin səviyyəsinin qalxmasına qarşı tədbirlər görməsələr, Şərqi Asiyada 2050-ci ildə bir milyondan çox insan yaşayış yerini dəyişməli olacaq.
"Axar.az"ın xəbərinə görə, hesabatda iqlimin dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun (İPCC) dərc etdiyi məlumat əsasında qlobal istiləşmənin Yaponiya, Çin, Koreya Respublikası və Monqolustana göstərə biləcəyi təsir təhlil edilir.
Ekspertlər qrupunun proqnozuna əsasən, 2050-ci ildə Yaponiyanın
sahil rayonlarında yaşayan 64 min nəfər ölkənin içərilərinə doğru
miqrasiya etməyə məcbur olacaqlar.
Hesabatda həmçinin bildirilir ki, ziyanın qarşını almaq üçün həmin dörd ölkənin illik ümumi xərcləri 2050-ci ilədək 36 milyard dollar təşkil edəcək.
Sənədin müəllifləri istixana qazlarına ayrılan emissiyaların ixtisar edilməsini və həmçinin ziyanın azaldılması üçün əlavə tədbirlərin görülməsini tövsiyə edirlər.
Tarix
2013.11.18 / 14:32
|
Müəllif
Axar.az
|