İdxal gömrük rüsumuna cəlb olunan malların sayı artırıldı
16:23
Ana səhifə Planet |
Rusiya Fransa Prezidenti Emmanuel Makronun Ukrayna məsələsi ilə bağlı verdiyi bəyanatlarla razı deyil.
Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Fransa prezidentinin verdiyi bəyanatlarla razı deyilik. Sözsüz ki, Rusiya tərəfi Ukrayna ilə bağlı öz mövqeyini və məsələnin real vəziyyətini açıqlamaqda davam edəcək. Bu, Ukraynanın daxili konfliktinin həlli yolunda danışıqların və cəhdlərin davam etməsi üçün alternativsiz platforma olan Normand formatının vacibliyini göstərir”, - Peskov bildirib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron ötən gün etdiyi çıxışında Rusiyanı Krımı işğal etməkdə günahlandırmışdı.
Tarix
2017.06.27 / 15:18
|
Müəllif
Orxan Tağıyev
|