Yuxarı

Polkovnik niyə öldürüldü? – Şok versiyalar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada səhər saatlarında baş vermiş partlayış nəticəsində həlak olan polkovnik Maksim Şapovalın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.

Axar.az polkovnikin ölümü ilə bağlı həm Ukrayna, həm də Rusiya mətbuatında yayılan bəzi versiyaları təqdim edir:

Denis Voronenkovun qətlində xəta

Polkovnik martın 23-də Kiyevdə qətlə yetirilən rusiyalı eks-deputat Denis Voronenkovun təhlükəsizliyini təmin edən mühafizəçilərin başçısı olub. Onun məhz təhlükəsizlik məsələsində səhv buraxdığı üçün öldürüldüyü istisna edilmir.

Daxili çəkişmələrin qurbanı

“Ukraynada korrupsiya elə bir səviyyəyə çatıb ki, acınacaqlı bir vəziyyətdə olmasına baxmayaraq, yenə büdcədən pul oğurlanır. Orda oturanlar elə bilirlər ki, özləri və ailələri gələcək nəsillərini büdcə ilə təmin etməlidirlər. Odur ki, Şapovalın ölümü Ukraynanın daxili məsələsidir, heç bir xüsusi xidmət orqanından söhbət gedə bilməz. Ola bilər kiməsə nəsə söz verib və yerinə yetirməyib. Buna görə də qisas alıblar”, - Ukrayna MN spikeri Eduard Basurin deyib.

Şeremetin ölümü ilə oxşarlıq

“Ukraynada bu hadisə bir qədər əvvəl avtomobilinin partladılması nəticəsində öldürülən jurnalist Pavel Şeremetin ölümü ilə eyni cərgədə dayanır. Kiyevde rus deputat da açıq şəkildə, küçənin ortasında öldürüldü. Bəs hanı dəlillər? Onlar həmin dəqiqə günahı Rusiyanın üzərinə atmağa çalışırlar”, - politoloq Dmitri Kulikov bildirib.

Tarix
2017.06.27 / 18:02
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla