Konfrans Liqası: "Fənər” “Olimpiakos” səddinə ilişdi
02:00
Ana səhifə Planet |
Türkiyənin Bingöl vilayətinin Gənc mahalı və Elazığ vilayətinin Qaraqoçan mahalında PKK terrorçuları ilə qarşıdurma olub.
Axar.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, qarşıdurmada Bingöldə 11, Elazığda 1 terrorçu öldürülüb.
“Hərbçilər xüsusi əməliyyat nəticəsində partlayıcı maddələr, 8 "Kalaşnikov" avtomatı və digər silahlar ələ keçirməyə müvəffəq olub”, - məlumatda qeyd olunub.
Hər iki ərazidə əməliyyatların davam etdiyi bildirilib.
Tarix
2017.06.27 / 21:20
|
Müəllif
Samirə Heydərli
|