SOCAR prezidentinə yeni müşavir təyin edildi
20:36
Ana səhifə Planet |
Venesuela polisinə məxsus helikopter Ali Məhkəmə binasına hücum edərək Prezident Nikolas Maduronun istefasını tələb edib.
Axar.az Lenta.ru-ya istinadən xəbər verir ki, helikopterdən məhkəmə binasına 2 qumbara atılıb. Karakas şəhərində Ali Məhkəmə binasına hücum edən şəxslər “350-ci azadlıq” şüarı səsləndiriblər. Bu, Venesuela xalqının demokratik haqları pozulduğu təqdirdə siyasi iradəyə qarşı gəlmək haqqı verən Konstitusiya maddəsidir.
Bir qədər sonra helikopter DİN binası üzərindən də keçib. Nikolas Maduro hadisəni terror aktı adlandırıb və hüquq mühafizə orqanlarını işi araşdırmağa çağırıb.
Tarix
2017.06.28 / 11:23
|
Müəllif
Orxan Tağıyev
|