Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Sentyabr 2018


Nemtsovun qətli: ortada 5 qatil var, lakin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın qətlə yetirilən müxalifətçisi Boris Nemtsovun qatilləri ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Musavat.com xəbər verir ki, Zaur Dadayev və 4 çeçen- Temirlan Əsgərxanov, Həmzət Bahayev , habelə Anzor və Şədid Qubaşov qardaşları Rusiya baş nazirinin, həmçinin Dövlət Duması sədrinin keçmiş müavininin öldürülməsində günahkar bilinərək cəzalandırıldılar.

Zaur Dadayev qətlin icraçısı, qalanları isə iştirakçıları olaraq öz cəzalarına çatdırılıblar.

Lakin Qərb mətbuatı Nemtsovun qətli ilə bağlı bir çox məqamların hələ qaranlıqda qaldığını israr edir. Mətbuat bununla bağlı jurnalist Anna Politkovskayanın qətliilə bənzərlikləri xatırladır.

“Heç bir şeyə aydınlıq gətirilmədiyi halda haqlarında hökm çıxarılan 5 çeçen”, - İsveçrənin Tagesanzeiger qəzetində Yulian Hansın məqaləsinin başlığı belədir.

Qəzet öldürülən siyasətçinin qızı Janna Nemtsovanın hökmü tənqid etdiyini yazır. Janna Nemtsova məhkəmənin qətlin sifarişçilərini müəyyən etmək istəmədiyini deyir.

Məqalədə ittiham tərəfinin yalnız hadisənin ardıcıllığı üzərində durduğu qeyd olunur. Burada 2014-cü ilin payızında Çeçenistandan gələn 6 nəfərlik qrupun Moskvanın iki mənzilinə yerlşdiyi, fevralın 27-də isə icraçı Zaur Dadayevin Böyük Moskvoretsk körpüsündə Boris Nemtsova arxadan yaxınlaşaraq ona atəş açdığı bildirilir. Məhkəmə hökmündə təqsirləndirilən şəxslərin hadisədən dərhal sonra Moskvadan qaçdığı qeyd olunub.

Nemtsov ailəsini təmsil edən vəkil Vadim Proxorov məhkəmənin diqqətini potensial sifarişçilərə cəlb etməyə cəhd edib. O, Nemtsovun qətldən bir neçə gün qabaq öz dostlarına Çeçenistan prezididenti Ramzan Kadırovun yaxın ətrafından təhdidlər aldığını söylədiyini vurğulayıb.

Qətli icra edən Zaur Dadayev isə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan deputatı Adəm Dəlimxanovun qardaşı, “Şimal” taborunun komandiri Əlibəy Dəlimxanovun komandanlığı altında qulluq edib.

Qətlin icraçıları “Şimal” taborunun komandir müavini Ruslan Geremeyevə məxsus evdə qalıblar.

Maraqlıdır ki, hadisədən 3 ay sonra Geremeyevin vəzifəsi yüksəldilib. Hazırda o, Rusiya milli qvardiyasının polkovnikidir və “Rusiyanın Milli Qəhrəmanı” ordeni ilə təltif olunub.

Yulian Hansın qeyd etdiyinə görə, məhkəmə bu faktları diqqətə almaqdan imtina edib. Bundan başqa, Geremeyevin özünü məhkəməyə çağırmaq cəhdləri heç bir nəticə verməyib.

“İndi belə çıxır ki, qətlin sifarişçisi elə Geremeyevin sürücüsü olmuş Ruslan Muhiddinovdur. Elə isə o zaman qətl üçün bu qədər zabit hardan kirayələnib. Onun üçün niyə 15 milyon rublluq mükafat vəd edilib. Ümumiyyətlə, çeçen sürücünün rusiyalı müxalifətçiyə nifrət etməsi üçün hansı səbəbləri ola bilər”,- müəllif sual verir.

Jurnalist Nemtsovun siyasi fəaliyyətinin məhkəmə tərəfindən tamamilə görməzliyə vurulduğunu da yazıb.

Britaniyanın The Guardian qəzeti də Boris Nemtsovun ailəsi və tərəfdarlarının məhkəmə prosesini əsl həqiqəti ört-basdır emətk üçün keçirildiyini, qətlin sifarişçilərinin isə müəyyən olunmadığı yönündə rəy bildirdiklərini yazır.

Qəzet Nemtsovun qızı Janna Nemtsova və vəkil Vadim Proxorovun dilindən məhkəmənin Nemtsovun qətlində siyasi motivlərin olması faktını gizlətdiyini qeyd edir.

“Nemtsov ailəsi Kreml tərəfindən dəstəklənən Çeçenistan rəhbəri Ramzan Kadırovun da cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Proxorovun sözlərinə görə, siyasətçinin ailəsi Kadırov və onun ətrafının cinayətdə əli olduğu israrını bundan sonra da davam etdirəcək. Bundan başqa, onlar Zaur Dadayevin qulluq etdiyi tabor komandiri Ruslan Geremeyevə də diqqətin artırılmasını istəyirlər”,- məqalədə qeyd olunub.

Le Monde (Lömond-Fransa-red.) qəzetinin Moskva müxbiri İzabel Mandro da məsələ ilə bağlı yazdığı məqalədə 75 iclaslıq və minlərlə səhifəlik protokolun tərtib olunduğu məhkəmə prosesinin qətlin sifarişçisini müəyyən etmədiyini yazır.

Le Monde digərləri kimi öldürülən siyasətçinin ailəsini təmsil edən Vadim Proxorovun fikirlərinə yer verib.

Əvvəlki qəzetlərdə dediyi sözləri burada da təkrarlayan Proxorov qətlin icraçıları deyə təqdim olunan bu insanların Nemtsova qarşı heç bir motivlərinin olmadığını irəli sürərəkcinayətin arxasında daha ciddi şəsxlərin durduğunu söyləyib.

Le Monde müxbiri də məsələ ilə bağlı əldə etdiyi maraqlı faktları açıqlayıb.

Məsələn, yuxarıda da qeyd edildiyi kimi, ittiham tərəfindən qətlin sifraşişçisi kimi təqdim edilən Ruslan Muhuddinov Rusiya daxili qoşunlarının “Şimal “taborunun komandirinin müavini Ruslan Geremeyevin sürücüsüdür. Lakin nə Muhuddinov, nə də Geremeyev prosesdə iştirak etməyiblər. Birincis hələ də rəsmi axtarışdadır. Geremeyev isə məhkəmənin onun adına göndərdiyi bildirişi vecinə də almayıb.

Zaur Dadayevin qulluq etdiyi “Şimal” taboruna gəlincə...

Bu tabor 2006-cı ildə yaradılıb və həmin vaxtdan Əlibəy Dəlmixanovun komandanlığı altında olub. Proxorov prosesdə adı keçənlərdən yalnız Dəlimxanovun məhkəməni sayıb gələn yeganə adam olduğunu söyləyərək , onun da ifadəsində “heç bir şeyi xatrılamadığını” qeyd edib.

Ramzan Kadırovun prosesə ən azı şahid kimi cəlb olunması ilə bağlı edilən cəhdlər isə nəticəsiz qalıb.

Bundan başqa, Proxorovun Vladimir Putinin milli qvardiyasının komandiri Viktor Zolotovun da məhkəməyə gətirilməsi barədə qaldırdığı vəsatət rədd edilib.

Rusiya Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov isə məhkəmənin motivini belə izah edib: “Putin Çeçenistanda 3-cü müharibənin qopmasını istəmir”...

“Həqiqətən olduqca maraqlı bir məhkəmə prosesesinin şahidi olduq. Eynilə Çeçenistan savaşını araşdıran və Ramzan Kadırovun əməllərindən yazan Anna Politkovskayann qətlində olduğu kimi, işin əsas tərəfi qaranlıq qaldı. Politkovskaya qətlinin icraçısı Lom-Əli Qaytukayev həbsdə qaraciyər xəstəyliyindən vəfat edib. Lakin hələ bu vaxta qədər qətlin sifraşçisini “tapmaq” mümkün olmayıb.

Tarix
2017.07.01 / 17:09
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İrana qarşı atılan bu addım yaxşı qərardır - Pompeo

ABŞ əvvəldən yanlış etdi - Ruhani

Şimali Koreyadan ABŞ-la bağlı dünyaya - Çağırış

Bərzanidən gözlənilməz Türkiyə açıqlaması

Tramp açıqladı: 2 ilə 10 trilyon qazanmışıq - Video

Miqrantların olduğu gəmi atəşə tutuldu: ölü və yaralılar var

Ərdoğanın bu ifadəsi trendə çevrildi - Foto

ABŞ Maduronun arvadına sanksiya tətbiq etdi

Kansler narahatdır: Bu gərginlik Avropaya təsir edəcək

Trampdan dünyaya çağırış: İranı təcrid edin!

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla