Yuxarı

Almaniya: PKK-ya dəstək yolverilməzdir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

G20 sammiti ərzində şiddətə səbəb olan etirazçılara “sərt müdaxilə” olunacaq.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya Daxili İşlər naziri Tomas de Mazyer deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətinə qarşı protestoya icazə verilə bilər. Amma PKK-a dəstək üçün planlaşdırılmış istənilən hərəkətin qarşısı alınacaq”,- nazir bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7-8 iyulda keçirilməsi nəzərdə tutulan G20 zirvəsindən sonra tərəfdarlarına müraciət etmək üçün Almaniya hökumətinə rəsmi tələb göndərmişdi. Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel isə onun bu istəyinin uyğunsuz olduğunu demişdi.

Qeyd edək ki, Ərdoğanın G20 sammiti ilə bağlı Hamburq şəhərinə səfəri öncəsi bəzi alman siyasətçilər türk liderin ölkəyə buraxılmamasını tələb edir. Hətta bu gün G20-yə qarşı Hamburqda ilk etiraz yürüşü təşkil olunacaq. Yürüşə təxminən on minlərlə adamın qatılacağı gözlənilir.

Tarix
2017.07.02 / 18:09
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla