Yuxarı

İndoneziyada vulkan püskürməsi: 10 yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın Mərkəzi Cava əyalətində Candiroto kəndi yaxınlığında yerləşən Sileri yanardağında vulkanın püskürməsi nəticəsində 10 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Agentliyinin sözçüsü Sutopo Purvo məlumat verib.

“Anidən baş verən partlayış zamanı soyuq lava, kül və palçıq püskürdü. Nəticədə 10 nəfər yaralandı. Ərazidə geniş təhlükəsizlik tədbirləri görülür. Turistlərin girişi qadağan edilib. Ətrafda yaşayanlar təxliyə olunur”, - Purvo bildirib.

O bildirib ki, vulkanın külləri 50 metrə qədər yüksəkliyə qalxıb.

Qeyd edək ki, Sileri yanardağında sonuncu dəfə 2009-cü ildə vulkan püskürmüşdü.

Tarix
2017.07.02 / 20:34
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla