Yuxarı

Atatürk də “Kürdistan” deyibmiş – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin 8-ci prezidenti, milliyətcə kürd olan Turqut Özalın oğlu Əhməd Özal "A Xəbər" kanalında "Danışılmamış hekayələr" proqramının qonağı olub. O, atasının hakimiyyəti illərində kürd problemi ilə əlaqədar maraqlı bilgilər paylaşıb.

Əhməd Özal atasının Bərzaniyə qırmızı pasport verməsi haqda danışıb və çox maraqlı açıqlamalar verib:

"Bərzani İraqda ciddi problemlər yaşayırdı. Ölkə xaricinə çıxa bilmirdi. Məsud Bərzaninin atası Molla Mustafa İraqda uzun illər mübarizə aparıb. Xaricə çıxa bilmirdilər. Rəhmətlik onlara qırmızı pasport verdi. Lakin sonra atam çox hücumlara məruz qaldı. "Baldırı çılpaq əşirət başçısına pasport verərlərmi",- deyə hücumlara, təhqirlərə məruz qaldı...

Biz hələ də "Kürdistan" kəlməsini istifadə edə bilmirik... Cənab Baş nazir "Kürdistan" dedi. Ancaq təbii ki, bunu ilk dəfə deyən o deyil. Cümhuriyyət tariximizdə bunu ilk dəfə olaraq Atatürk istifadə edib. Atatürk Sovet İttifaqının Xarici İşlər naziri Çiçerinə yazdığı məktubda, milli mübarizədə kürd bəylərinə yazdığı teleqraflarda "Kürdistan" deyə xitab edib. Hələ əvvəllər 1847-ci ildə Kürdistan əyalətini Sədrəzəm Mustafa Rəşid Paşa qurub. Kürdistan əyalətinin millət vəkilləri də ilk məclisdə var idi".

Tarix
2013.11.18 / 17:03
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla