İnsultdan qaçmağın ən asan və sadə yolu
02:00
Ana səhifə Planet |
Maliyyə cinayətkarlığında ittiham olunaraq həbs edilən İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Feridun zaminə buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə “Frans Press” İran mətbuatına istinadən informasiya yayıb.
Hüseyn Feridunun zaminə buraxılması üçün məhkəmə 500 milyard rial (13.3 milyon dollar) tələb edib. Sonradan bu məbləğ 8.3 milyon dollara qədər endirilib.
Xatırladaq ki, Hüseyn Feridun 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı danışıqlarda prezidentin xüsusi nümayəndəsi olaraq iştirak etmişdi.
Tarix
2017.07.18 / 10:40
|
Müəllif
Orxan Tağıyev
|