Yuxarı

Trampın İŞİD-lə bağlı planı tənqidə səbəb oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın Suriya və İrqada İŞİD-in tamamilə məhv edilməsi ilə bağlı irəli sürdüyü planın ümumi ştrixləri bəlli olub. Mətbuatın yazdığına görə, plan hələ D.Trampın prezident seçildikdən bir həftə sonra onu göstərişi ilə hazırlanıb, iyunun 26-da isə Pentaqon onu incələmək üçün Konqresə göndərib.

“Nəhayət ki, Donal Trampın İŞİD-lə mübarizə planı, daha doğrusu plana bənzər nəsə bir şey peyda oldu... Sənədin mətninə və onunla bağlı söylənilən rəylərə göz yetirdikdə burada hansısa əhəmiyyət kəsb edən strategiyadan daha çox şişirdilmiş ritorikanın üstünlük təşkil etdiyini görmək olar”, - "Deyli Beast" qəzetindən Spenser Akerman yazır.

Müsavat.com xəbər verir ki, müəllif sənədin məxfiləşdirilməyən hissəsinin ekpertlərdə məyusluq doğurduğunu ifadə edib: “Sənədin məxfiləşdirilməmiş hissəsi onu göstərir ki, onun vaxtilə Barak Obamanın təqdim etdiyi strategiydan ciddi fərqi yoxdur. Sadəcə, Obamanın taktikasındakı zəif yerlər üzə çıxarılaraq bir qədər gücləndirlilib”.

Müəllifin sözlərinə görə, planda yerli müttəfiqlərlə birlikdə hərəkət fəaliyyəti barədə müəyyən müddəalar yer alıb.

Plan ABŞ-ın İŞİD hücumlarından müdafiə olunmasından başqa, “Terror təşkilatının İraq və Suriyadakı mərkəzlərinin tamamailə məhv edilməsi”, İŞİD-in “qlobal miqyasda əzilməsinə nail olunması”, “hadisələrə uyğun olaraq zərərsizləşdirilməsi”, “terror şəbəkəsinin hissələrə parçalanması” kimi hədəfləri özündə birləşdirir.

Strategiya əsasən İŞİD-in Suriyadakı mövcudluğu üzərində cəmləndiyi üçün, onun Əfqanıstan, Liviya və digər bölgələrdə qalıqları ilə mübarizə barədə məlumata az yer verilib.

Siyasi ekspertlər Trampın planında böyük çatışmazlıqların olduğunu bildirirlər. Onların fikrincə, planda İŞİD-in Suriyada möhkəmlənməsinə və gələcəkdə daha da güclənməsinə gətirib çıxaran siyasi şərtlər barədə heç bir söz deyilmir.

Məqalədə sənəddə konkretlikdən uzaq konsepsiya nəzərdə tutulduğu deyilir. Planda İŞİD-in məhv edilməsindən sonra ABŞ-ın yerli idarəçilik institutları və vətəndaş cəmiyyətinin müstəqil təşkilatları ilə əməkdaşlıq edəcəyi vurğulanır. Lakin bu cür ümumi şəkildə ifadə olunan cümlələr həm müxalifyönümlü siyasətçilərin, həm də müstəqil ekspertlərin tənqidinə tuş gəlib.

“Burada ancaq İŞİD-in məhv edilməsindən danışılır. Məni isə administrasiyanın İraqda olduğu kimi münaqişədən sonrakı dövrlə bağlı konkret planının olmaması narahat edir”, - ABŞ Nümayəndələr Palatasının Demokrat partiyasından olan üzvü Set Maulton qeyd edib.

“Vətəndaş cəmiyyətinə yardım etmək”... Bilən varmı, Suriyaya münasibətdə bu, necə səslənir?” - “Atlantic Council” analitik mərkəzindən Şon Makfeyt məqalə müəllifinə bildirib.

Onun fikrincə, yerli tərəfdaşlarla əməkdaşlıq strategiyasından 15 ildir ki, danışılır: “Problem bundan ibarətdir ki, bu tərəfdaşlara güvənmək mümkün deyil. Ona görə də bu “yeni strategiya” ilə nəyəsə nail olmaq çətindir”.

Tarix
2017.07.22 / 00:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla