Yuxarı

Tehran axundu 29 il əvvəlki kütləvi edamları dəstəklədi - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xomeyninin 1988-ci ildə həbsdəki siyasi məhbusları qətlə yetirmək haqqında əmr verməsi doğru addım idi.

Axar.az xəbər verir ki, bunu dünən Tehrandan olan axund Əhməd Xatəmi namaz xütbəsində çıxışı zamanı söyləyib.

“1988-ci ildə Ruhullah Xomeyninin edamlarla bağlı hökmünü ölkə zindanlarında həyata keçirənlər, rejimə qarşı çıxan münafiqlərin, (Xalq Mücahidləri Təşkilatı üzvləri nəzərdə tutulur – red.) hakimiyyətə qarşı təhlükəsini birdəfəlik aradan qaldırıb. Münafiqlərə qarşı tədbir görmək və onların kökünü kəsmək, mərhum imamın (Xomeyni) gördüyü dəyərli işlərdən biri idi. Elə buna görə də hesab edirəm ki, imamın bu barədə hökmünü icra edənlərə medal verilməli, onların bu işi yüksək qiymətləndirilməlidir”.

Qeyd edək ki, 1988-ci ildə İran həbsxanalarında olan siyasi məhbusların kütləvi edamı həyata keçirilib. Bu prosesin reallaşdırılması üçün Tehran “Ölüm heyəti” yaradıb. Heyətə üzvlər arasında İran prezidentliyinə mühafizəkarların son namizədi İbrahim Rəisi də olub. Edam olunanların böyük əksəriyyəti Xalq Mücahidləri Təşkilatının üzvləri olublar. İran hakimiyyəti üçün əsas təhdid olaraq bilinən təşkilat üzvlərinin uzun müddət bütün ölkə ərazisində təqib və həbsləri davam edib. Rəsmi mənbələrə görə, kütləvi edamlar zamanı təşkilatın 4500 nəfər üzvü qətlə yetirilib. Bəzi mənbələr isə bu sayın 30000 nəfərə qədər çata biləcəyini iddia ediblər.

Bu edamlardan sonra Xalq Mücahidləri Təşkilatı İrandan çıxıb. Təşkilata sonrakı dövrlərdə də xüsusi dəstək İraq tərəfindən verilib. ABŞ bu təşkilatı İraq müharibəsindən sonra qara siyahısından çıxarıb.

Tarix
2017.07.24 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla