Yuxarı

İran və Rusiya ikitərəfli əməkdaşlığı müzakirə etdilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Nüvə Enerjisi Təşkilatının (İNET) rəhbərinin müavini Bəhruz Kəmalvəndi Moskvafa “Rosatom” dövlət korporasiyasının rəhbərliyi ilə danışıqlar aparıb. Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

APA-nın məlumatına görə, Bəhruz Kəmalvəndi “Rosatom”un baş direktoru Aleksey Lixaçov və onun müavini, korporasiyanın beynəlxalq fəaliyyət blokunun direktoru Nikolay Spasski ilə görüşüb. B.Kəmalvəndi “IRNA-ya “Buşəhr” AES-nin 1 saylı enerji blokunun istismarına dair əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.

B.Kəmalvəndi İranın nüvə proqramı ilə bağlı “altılıq” ölkələri ilə bağlanan saziş üzrə bütün tərəflərin üzərilərinə götürdükləri öhdəlikləri icra edəcəklərinə ümidvar olduğunu qeyd edib.

İNET rəhbərinin müavini həmçinin Rusiya maliyyə nazirinin müavini Sergey Storçak ilə də görüşərək, iki ölkə arasında əməkdaşlığın “yol xəritəsi”ni müzakirə ediblər.

Qeyd edək ki, “Buşəhr” AES-nin 1 saylı enerji bloku 2016-cı ildə tamamilə İranın istismarına verilib. Razılaşmaya əsasən, “Rosatom” birinci bloka texniki xidmət göstərməkdə və onu nüvə yanacağı ilə təmin etməkdə davam etdirir.

Tarix
2017.07.26 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla