Yuxarı

Podqoritsa taleyini NATO-ya bağladı – Markoviç

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Podqoritsa öz taleyini NATO dəyərlərinə bağlayıb.

Axar.az xəbər verir ki, bu sözləri Monteneqronun Baş naziri Duşko Markoviç ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşü zamanı deyib.

“Biz öz taleyimizi NATO-nun qoruduğu və təbliğ etdiyi dəyərlərlə bağlamışıq. Hazırki vəziyyət göstərir ki, hansısa bir ölkənin əhalisinin sayından deyil, ideallara bağlılığından danışanda beynəlxalq ictimaiyyətdə böyük və kiçik (dövlət) yoxdur”, - Markoviç bildirib.

Mayk Pens öz növbəsində Monteneqronu NATO-ya üzv olması münasibəti ilə təbrik edərək, bütün tərəfdaşlarının ABŞ üçün eyni dərəcədə vacib olduğunu və Monteneqronun üzv kimi qəbul edilməsini yüksək qiymətləndirdiklərini bildirib.

Qeyd edək ki, Monteneqro iyun ayının 5-də rəsmi şəkildə NATO-nun 29-cu üzvü olaraq qəbul edilmişdi.

Tarix
2017.08.02 / 15:13
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla