Yuxarı

Deputat xanımını söyən polisi döydü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin Bicardan seçilmiş deputatı Həmdulla Kərimi həyat yoldaşını təhqir edən polis əməkdaşını təpik altına salaraq kəllə zərbəsi ilə onun burnunu sındırıb.

Axar.az xəbər verir ki, Tehranın Mehrabad hava limanından Bicar şəhərinə uçmaq istəyən və şəxsi avtomobilində xanımı ilə birlikdə aeroportun özəl məntəqəsinə daxil olmağa çalışan deputatı polis əməkdaşı dayandıraraq ondan kimlik tələb edib. Üzərində kimlik sənədinin olmadığını bildirən Həmdulla Kərimi deputat olduğunu bildirərək yoluna davam etdirmək istəsə də, polis onun avtomobilini dayandıraraq hava limanının özəl məntəqəsinə daxil olmasına mane olub.

Nəticədə, deputat xanımı ilə xudahafizləşdikdən sonra avtomobilindən düşərək hava limanı terminalına qədər piyada getmək məcburiyyətində qalıb. Lakin az sonra Həmdulla Kəriminin xanımı ona zəng vuraraq həmin polisin onu təhqir edib söydüyünü və avtomobilin hava limanından çıxmasına mane olduğunu bildirib. Bunu eşidən deputat geriyə qayıdaraq polislə əlbəyaxa olub və onu təpik altına salıb. Polis əməkdaşına kəllə atan deputat onun burnunu sındırdıqdan sonra təyyarəyə minərək Bicara uçub. Hadisədən bir neçə saat sonra jurnalistlərə açıqlama verən deputat namusunu qorumaq üçün polis əməkdaşını tənbeh etdiyini açıqlayıb.

Deputatın bu hərəkətini kəskin pisləyən Tehran hüquq-mühafizə qüvvələrinin rəsmiləri ona qarşı cinayət işi açıldığını bildiriblər.

Tarix
2017.08.05 / 15:36
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla