İrəvan Bakıya 2 ay vədi verdi və vədi pozdu - Lavrov
02:32
Ana səhifə Planet |
Himalay dağına səyahət edən bir qrup alpinist dünyanın ən təhlükəli yollarından birini videokameraya çəkib. Dik uçurum və yol üzərindəki bir şəlalə bənzərsiz görüntüsüylə görənləri heyran qoyub.
Hindistan ərazisində yerləşən 6 min 400 metr yüksəklikdəki Kiştvar Kailaş dağına dırmaşmaq üçün yola çıxan ingilis alpinist Mik Fovler və dostları mikroavtobusla yüzlərlə metr yüksəklikdəki dağ yolunu qət ediblər. Dünyanın ən təhlükəli yolu hesab edilən Himalay dağında yerləşən bu dar yol yuxarı hissəsi qayalıqdan, aşağı hissəsi isə uçurum qayalıq və çaydan ibarətdir.
Qeyd edək ki, Hindistanda hər il təhlükəli dağ yollarında meydana gələn yol qəzalarında çox sayda insan həyatını itirir.
Tarix
2013.11.21 / 00:02
|
Müəllif
Pərviz Həsənov
|