Yuxarı

Ukrayna Rusiyanı beynəlxalq məhkəməyə verir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müvəqqəti Baş naziri Arseniy Yatsenyuk Rusiyanı beynəlxalq məhkəməyə verəcəklərini açıqlayıb.

Axar.az xəbər verir ki, buna səbəb rəsmi Moskvanın Ukraynaya ixrac olunacaq qazın hər min kub metr üçün 268,5 dolları qəbul etməməsidir.

Bu arada Ukrayna ilə yaşanan qaz böhranına toxunan "Qazprom"un Prezidenti Aleksey Miller bu məsələdə Avropa Birliyinin və Amerikanın Rusiyaya təzyiq etdiyini dilə gətirib. Onun sözlərinə görə Ukraynanın təklif etdiyi qiymət Rusiyanı qane etmir: "Ukraynanın təbii qaz alışı ilə bağlı danışıqlara AB və Amerika müdaxilə edir. Bu yolverilməzdir. Ukrayna qaz istəyirsə əvvəlcə ödəniş edilməlidir. Ukraynanən təklif etdiyi min kub metr üçün 268,5 dollar bizi qane etmir".

Qeyd edək ki, Ukrayna Enerji şirkəti "Naftogaz" isə "Qazproma" 786 milyon dollar ödədiyini bildirir. Qarşı tərəf isə ödənişi hələ təsdiq etmədiklərini, məsələni bazar ertəsi dəqiqləşdirəcəklərini bildirib.

Xatırladaq ki, Rusiya, Ukrayna və AB nümayəndələrinin iştirak edəcəyi Təbii qaz Zirvəsinin ikinci iclası iyunun 2-də keçiriləcək.

Tarix
2014.06.01 / 10:15
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla