Yuxarı

Yeni nazirlər təyin edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Konstitusiyasında edilmiş dəyişikliyə müvafiq olaraq ölkənin yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçirilmiş inauqurasiyasından sonra hökumət tam tərkibdə istefaya gedib.

"Axar.az"ın xəbərinə görə, 2012-ci ilin oktyabrında keçirilmiş parlament seçkilərində ən yüksək nəticə qazanmış hakim "Gürcü arzusu" koalisiyasının üzvləri siyasətdən mülki cəmiyyətə keçdiyini bəyan etmiş Baş nazir Bidzina İvanişvilinin əvəzinə bu vəzifəyə daxili işlər naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb. İ.Qaribaşvilinin hökumətin yeni tərkibini və yeni komandanın "Güclü, demokratik, bütöv Gürcüstan uğrunda" proqramını parlament üzvlərinin müzakirəsinə təqdim edib

.
İrakli Qaribaşvili hökumətin gələcək fəaliyyət proqramı barədə ətraflı məlumat verib, ölkənin siyasi kursunun dəyişməyəcəyini vurğulayıb və deputatların çoxsaylı suallarını cavablandırıb.

Təxminən səkkiz saatadək davam edən müzakirələrdən sonra deputatlar parlamentin növbədənkənar sessiyasında 93 səs lehinə, 19 səs əleyhinə olmaqla hökumətin yeni tərkibini təsdiq ediblər.

Yeni hökumətdə Baş nazir vəzifəsini tutmuş İrakli Qaribaşvilinin bundan əvvəlki - daxili işlər naziri vəzifəsinə Tiflis şəhər baş polis idarəsinin rəisi polis polkovniki Aleksandr Çikaidze təyin edilib. Hökumətin 19 üzvü arasında yeganə dəyişiklik də yalnız budur. Digər nazirlər öz vəzifələrində qalıblar.

Tarix
2013.11.20 / 22:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla