Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Uşağına yemək, cihadçılara ölüm gətirən analar – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqan qadınları İŞİD və Talibandan yaxınlarının qisasını almaq üçün silaha əl atırlar. Bəziləri silahla rəftar etməyi özü öyrənir, bəziləri polisin təşkil etdiyi kurslara, bəziləri isə hərbi akademiyaya müraciət edirlər. Terrorçularla döyüşə hətta yaşlı kənd qadınları belə gedir.

Axar.az əfqan qadınlarının döyüş yolunu və həyat tərzini sizlərə təqdim edir.

“Qadın geyimli ölüm”

“Əvvəlcə qardaşımı, əmim oğlunu, əmimi daha sonra da kürəkənimi öldürdülər. Onların qisasını almaq üçün qanımın son damlasına qədər vuruşacağam”, - əfqan qadın döyüşçülərdən ibarət taborun 53 yaşlı komandiri Zərminə deyib.

İlk olaraq onun dəstəsi 45 nəfərdən ibarət olub. Son vaxtlar isə mətbəxdə istifadə etdiyi önlüyü zirehli gödəkçələrlə əvəz etmək istəyənlərin sayı artıb. Hərçənd həmin qadınların təmkin və soyuqqanlılıqda kişilərdən daha üstün olduğunu demək olar.

Əfqan qadınlarının hərbi hərəkatının yüksəlişi ötən ilin noyabr ayına təsadüf edib. Məhz həmin vaxtda Zərminə öz ətrafına dul və yetim əfqan qadınlarını toplamağa başlayıb. Zərminənin sözlərinə görə, bir çox qadınlar ön cəbhələrə getməyə, sayı getdikcə azalan polislərin əvəzinə xidmət aparmağa məcbur olurlar. Cihadçılarla ilk görüşünü yaxşı xatırladığını deyən qadın artıq xeyli sayda terrorçunu cəhənnəmə yolladığını bildirib:

“Taliblər polis mərkəzimizə hücum etmişdi. Cəld atəş etməyə başladım. Cəmi 21 gülləm olmasına baxmayaraq, 7 terrorçunu öldürdüm”.

Dəstənin tərkibinə yeni daxil olanlarla əvvəlcə ruh yüksəkliyi yaratmaq üçün söhbət edirlər. Onlara 25 talibi öldürən və daha 5-ni ağır yaralayan qadın döyüşçü barəsində danışırlar. Oğlu gözləri qarşısında öldürülən həmin qadın silaha əl ataraq terroçuları pərən-pərən salıb.

Qəbrə getmək vaxtım çatıb? Yox sənin vaxtın çatıb.

Hakimiyyət qüvvələrinin köməyi olmadan belə terrorçuların canına od salmağı bacaran yaşlı qadınlardan ibarət digər bir dəstənin komandiri də Gül Bibidir.

“Qadınlar mənim yanıma gələrək dedilər ki, ya mən onlara silah verməliyəm, ya da onlar İŞİD və Talibanın etdiyi kimi özlərini öldürəcəklər”, - Gül Bibinin dəstəsinin təhlükəsizlik müdiri Şer Əli bildirir.

Yaşlı qadınlar adətən silahla rəftar etməyi özləri öyrənirlər. Əlinə silah almaqdan çəkinənlər üçün isə bəzi polis məntəqələri xüsusi kurslar təşkil edir. Döyüşən əfqan qadınlarının sayı tam məlum olmasa da, hər həftə onların sıralarına 40-50 yeni üzvün daxil olduğu bildirilir.

Tarix
2017.08.12 / 08:30
Müəllif
Orxan Tağıyev
Şərhlər
loading...
Digər xəbərlər

Putin açıq şəkildə işarə verdi: ABŞ İŞİD-lə...

Fransada qatar avtobusla toqquşdu: 4 ölü - Yeniləndi

Avropadan Rusiyaya pis xəbər: Yenə uzadıldı

"İstanbuldakı Qüds qərarı ABŞ-ın addımı ilə bağlı deyil"

Miqrantları qəbul etməməkdən yanayıq - Moravetski

Zərrab işi: Atilla da məhkəmə ilə əməkdaşlığa razılaşdı

İŞİD üzərində qələbədə Rusiya... - Misir

Rusiya və ABŞ qırıcıları təhlükəli dərəcədə yaxınlaşdı

Dünyanın ən böyük terror təşkilatını məhv etdik - Putin

Karlovun qətlinə görə keçmiş polis həbs edildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla