Yuxarı

İranda sel 11 nəfərin həyatına son qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda sel və daşqınlar nəticəsində 11 nəfər ölüb, 2 nəfər itkin düşüb.

APA-nın məlumatına görə, Gülüstan, İlam, Rəzəvi Xorasan, Şimali Xorasan və Simnan əyalətlərində baş vermiş sel və daşqınlar nəticəsində evlərə, infrastruktura ziyan dəyib.

İran Qırmızı Aypara Cəmiyyətindən bildiriblər ki, 21 şəhər və kənddə xilasetmə əməliyyatı davam edir. Səkkiz nəfər Rəzəvi Xorasanda, 2 nəfər Gülüstan, bir nəfər isə Şimali Xorasan əyalətində ölüb. Əliabad şəhərinin Şirinabad kəndində isə iki nəfər itkin düşüb.

Sel və daşqınlar daha çox Rəzəvi Xorasan əyalətinə ziyan vurub. Bu əyalətin müxtəlif bölgələrinə 190 xilasedici göndərilib. 450 nəfər sığınacaqlara yerləşdirilib.

Tarix
2017.08.12 / 11:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla