Yuxarı

İctimai yerlərdə siqaret qadağan olundu - Rusiyada

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-dən Rusiyada qapalı yerlərdə siqaret istifadəsi rəsmən qadağan olunub.

Axar.az xəbər verir ki, artıq dünəndən başalayaraq Rusiya ərazisində restoran, otel, kafe, qatar və digər qapalı yerlərdə siqaretin istifadəsi qadağandır.

Dünyanın ən çox siqaret istehlak olunan dövlətlərindən olan Rusiyada siqaret çəkənlər üçün yerlər də ayrılmayacaq. Araşdırmalara görə, Rusiyada əhalinin 76%-i siqaretin qadağan olunmasını dəstəkləyir. Siqaret çəkilməsinə görə cərimənin məbləği fiziki vətəndaşlar üçün 860-1150 dollar, hüquqi şəxslər üçün isə 1720-2580 dollar olaraq müəyyənləşdirilib.

Rusiya Səhiyyə nazirliyinin verdiyi açıqlamada hər il ölkədə 400 min adamın siqaret səbəbindən öldüyü bildirilir. Hesablamalara görə, əhalinin 30%-i siqaret istifadəçisidir.

Xatırladaq ki, Prezident Vladimir Putinin 1 fevral 2013-cü il tarixdə qəbul etdiyi qanunla Rusiya ərazisində siqaret istifadəsi qadağan olunmuşdu. Qanun iyunun 1-dən qüvvəyə minib.

Tarix
2014.06.02 / 03:40
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla