Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Noyabr 2018


Ərdoğan və Putin Gülənə qarşı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı akademikin iddiasına görə Türkiyə ilə Rusiya Fətullah Gülənə qarşı birləşib.

Orta Asiya ilə bağlı xəbərlər yayımlayan ABŞ-ın "Al Monitor" saytı akademika Vitali Naumkinin Rusiya-Türkiyə münasibətləri haqqında olan bir məqaləsinə yer verib.

Akademik Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlunun axırıncı dəfə Moskvaya səfərini şərh edib. Akademikə görə hər iki dövlət Suriya mövzusunda fərqli düşünsələr də Fətullah Gülən məsələsində ortaq məxrəcə gəlinib. Naumkin Güləni əsas götürərək Türkiyə ilə Rusiya münasibətlərini bu cür şərh edib:

Gülənə qarşı olan mövqe Türkiyə və Rusiyanı birləşdirir.

"Rusiya ilə Türkiyənin yaxınlaşmasına səbəb Moskvanın Fətullah Gülənin fəaliyyətlərinə qarşı hədsiz dərəcədə neqativ mövqeyidir. Halbuki əvvəllər Baş nazir R.T.Ərdoğan və AKP-nin bu dini şəbəkə ilə müttəfiq olduğu vaxtlarda Moskvanın bu mövqeyi Ankaranı narahat edirdi. Lakin indi AKP lideri ilə ABŞ-da yaşayan Gülən arasındakı soyuq müharibənin alovlanması, hər iki ölkəni Gülənin fəaliyyətlərinə qarşı ortaq hərəkət etməyə vadar edir".

Gülənin kitabları "Radikal" elan edildi

Yazıda Rusiyada gülən məktəblərinin bağlanmasına və Gülənin bir çox kitabının Rusiya məhkəməsinin qərarı ilə "radikal nəşrlər" siyahısına əlavə edildiyinə yer verilib. Ancaq Naumkin bütün bunlarla bərabər "Rusiya ictimaiyyətinin bir ideoloq olaraq Gülənə qarşı mövqeyi anlaşılmazdır" cümləsinə də yer verib /Publika.az/.

Tarix
2014.06.02 / 19:01
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Afina Türkiyəyə meydan oxudu: Lazımi anda...

Makron internetdən danışdı: Xilas üçün...

İrana qarşı Avropa ilə birgə işləyəcəyik - ABŞ

ABŞ Türkiyənin yer aldığı layihəyə qarşı çıxdı

İran Mərkəzi Bankı SVİFT sistemindən kənarlaşdırıldı

Prezidentdən etiraf: Avropanın ən kasıb ölkəsiyik...

Rusiya "Ayı"nın ilk uçuşunu yaydı - Video

İsrailə 300 raket atıldı, "Dəmir Qübbə" işə düşdü

Rusiya bu ölkədə ordusunu hazır vəziyyətə gətirdi

Avropa ölkəsində partlayış: ölənlər var...

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla