Yuxarı

Ukraynada təyyarəni vurmaq istədilər - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna təyyarəsini raketlə vurmağa çalışan Luqansk terrorçuları inzibati binaya zərər vurub.

Terrorçular tərəfindən tutulmuş vilayət dövlət administrasiyasının binasının yanında yerləşən inzibati binada partlayış baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, binada və yaxındakı evlərdə partlayış dalğasından pəncərələr və şüşələr sınıb.

Hazırda hadisə yerində həkimlər işləyirlər. Yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsinə cəhd edilir.

"Təyyarəni güllələyirdilər, amma inzibati binaya düşdülər", - deyə sosial şəbəkədə şahidlərdən biri yazıb.

Şahidlərin məlumatına görə, mərmi Luqansk inzibati binasının 4-cü mərtəbəsinə düşüb. Hadisə şahidinin mətbuata verdiyi açıqlamada mərminin ya Luqansk vilayət şurasının sədrinin kabinetinə və ya qəbul otağına düşdüyü bildirilir.

Terrorçuluğa qarşı əməliyyat mərkəzının mətbuat katibi Vladislav Seleznyovun fikrincə, "Luqansk inzibati binasında partlayış odlu silahla və partlayıcı maddələrlə bacarıqsız davranışdan irəli gəlib" /ANS/.

Tarix
2014.06.02 / 20:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla