Yuxarı

Rus ekspertdən Obamaya cavab: Qəzzafini xatırlayın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı politoloq Aleksandr Dormin ABŞ-ın sabiq prezidenti Barak Obamanın 3 milyon bəyəni toplayan “tvit”ini şərh edib.

Axar.az xəbər verir ki, ekspert həmin “tvit”ə şübhəli yanaşdığını bildirib.

“Obama mesajında Nelson Mandellanı xatırlatdı. Son illərdə Afrikada ən hörmətli iki lider Müəmmar Qəzzafi və Nelson Mandella idi. Lakin ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun Qəzzafinin ölüm səhnələrini məmnuniyyətlə izlədiyini söyləmək olar. Bu səbəbdən Obamanın mesajına şübhə ilə yanaşmağımız lazımdır. Son illər baş verən prosesləri xatırlamalıyıq”, - Dormin bildirib.

Politoloq onu da əlavə edib ki, Trampı irqçilikdə günahlandırmaq ədalətli deyil.

Xatırladaq ki, Obamanın Şarlotesvildə baş verən şiddətli olaylarla bağlı atdığı tvit rekord həddə bəyənilib.

“Heç kimsə doğulandan başqasının dərisinin rənginə, keçmişinə və ya dini inancına görə ona nifrət etmir. İnsanların nifrət hissini öyrənməyi lazım olur. Və əgər onlara nifrət öyrədilirsə, sevgi də öyrədilə bilər. Çünki sevgi insan qəlbinə nifrətin əksinə olaraq təbii formada daxil olur”, - deyə sabiq prezident qeyd etmişdi.

Tarix
2017.08.16 / 22:30
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla